Bir adamı 4 dəfə öldürən saytları, neylərdin ilahi? -  FACEBOOK CƏZALARI

Bir adamı 4 dəfə öldürən saytları, neylərdin ilahi? -  <span style="color:red;">FACEBOOK CƏZALARI
17 fevral 2017
# 12:00

LAYİHƏ: MEDİA POLİSİ

Sosial medianın yaranması ənənəvi medianın inkişafını stimullaşdırsa belə ortaya yeni problemlər də çıxartdı.

Məsələ bundadır ki, sosial media ortaya çıxmamışdan əvvəl insanlar adətən bir qəzet alır və bu qəzet vasitəsi ilə xəbərləri, şərhləri oxuyurdu.

İnternetin və eləcə də sosial medianın inkişafı insanları paralel şəkildə bir neçə mənbə üzrə məlumat almaq imkanı verdi.

Lakin sosial medianın xüsusilə də Facebookun parlaması saxta xəbərlərin aktiv şəkildə paylaşılması və yayılmasının da qarşısını açdı.

Sosial mediadan əvvəlki dövrdə insanlar hər hansı bir mətbu orqana inanırdılar və media da özünü oxucular qarşısında məsuliyyətli hiss edirdi.

Saxta bir xəbərə görə qəzetin tirajı düşə, nüfuzu itirə bilərdi.

Saytları bir yana qoyaq, hansısa bloqda yazılan xəbər bütün ölkə gündəmini bir anda dəyişə bilər.

Əlbəttə, bu xəbərlərin yanlış olduğunu bir qisim adam rahatca anlaya bilə.

Amma media savadlılığı (media literacy) yəni xəbərləri düzgün oxuyub analiz etmə qabiliyyəti çox təəssüf ki, az insan bacarır.

Bu mühitdə yalan xəbərlərin geniş yayılması nəinki Azərbaycan, elə dünya üçün də xarakterikdir.

Misal üçün, ABŞ-dakı prezident seçkiləri zamanı “Roma papası Trampı dəstəklədi” xəbəri milyonlarla oxunmuş və bir çox amerikalı bu yalan xəbərə inanmışdı.

Kütlə psixologiyası barədəki dərin müzakirələrə girmədən bircə onu qeyd etmək lazımdır ki, kütlənin şayiələrə, cürbəcür konspirologiya nəzəriyyələrinə inanması xarakterik və səciyyəvi bir mənzərədir.

Sözügedən xəbərə görə Facebook çox ciddi təzyiqlərə məruz qaldı.

Və buna görə də Facebook yalan xəbərlərə qarşı mübarizə aparmaq üçün çoxdandır üzərində çalışdığı bir sistemi dövriyyəyə buraxdı.

Artıq Facebook istifadəçiləri yalan xəbərləri Facebook rəhbərliyinə çatdıra bilirlər.

Lakin istifadəçi xəbərdarlıqlarından əlavə Facebook correctiv.org adlı təsdiq mərkəzi ilə də bərabər çalışır.

Bu sistem Amerikadan sonra Almaniyada da çalışır.

Tezliklə bu sistem bütün dünya üçün açıq olacaq.

Sistemin tətbiq olunmasında müəyyən problemlər yaşansa belə bir çoxları onun uğuruna inanır.

Yalan xəbərlər Facebookda yenə də paylaşıla biləcək lakin onların yalan olduğu üstünə yazılacaq.

Prosesin gedişatında bu cür saytların ümumiyyətlə Facebookda bloklanması da gündəmə gələ bilər.

Ona görə də Azərbaycan internet mediasını - rejissoru dörd dəfə “öldürən”, psixoloqun intiharlı üçün ortaya konspirologiya nəzəriyyələri atan, bir sözlə yalan xəbərləri tirajlayan media orqanlarını - çətin günlər gözləyir.

Hər bir işdə olduğu kimi bu işdə də istifadəçilərin fəallığı mühüm rol oynayacaq.

Arzu edirik ki, yeni sistem bu cür yalan xəbərləri, şayiələri, ən ağlasığmaz şeyləri xəbər kimi oxuculara sırımaq istəyən media orqanlarının qarşısında yeni maneəyə çevriləcək.

# 2292 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər