"10 ton portağaldan dekorasiya düzəltmişdilər" - Rəssamın festival təəssüratları

"10 ton portağaldan dekorasiya düzəltmişdilər" - Rəssamın festival təəssüratları
7 noyabr 2019
# 13:56

Bu günlərdə Türkiyənin Mersin şəhərində "Narenciye" beynəlxalq festivalı keçirilib. Festivalda Azərbaycandan iki rəssam - Nəvai Mətin və Sehran Allahverdi iştirak edib.

Festivalda iştirak edən rəssam Sehran Allahverdi Kulis.az-ın suallarını cavablandırıb

- Sehran bəy, istəyərdik "Narenciye" festivalı haqda danışasınız.

- Noyabrın 2-si mən UASB -nin (Uluslarası Aktivist Sənətçilər Birliyi) təşkilatçılığı ilə keçirilən “Narenciye” festivalına qatıldım. USAB-nin üzvü kimi İlk olaraq qatıldığım bu dəvət üçün UASB - Azərbaycan təmsilçisi və rəsm komitəsinin başqanı Nəvai Metinə təşəkkür edirəm. Sözü gedən festivalda Nəvai bəy özü də iştirak edirdi. Orda biz tədbirin əsas təşkilatçıları - UASB-nin nümayəndələri Ümid Yaşar İşıqhan və Mersin təmsilçisi Səhər Çeliklə yaxından tanış olduq. Təəssüratlarım çox parlaqdır. Möhtəşəm festival idi.

- Bu möhtəşəmliyi təsvir etmək istəsəniz, nə söyləyərdiniz?

- O gün Mersin şəhərinin Aralıq dənizi boyunca, 20 km məsafədə bulvarda iynə atsaydın, yerə düşməzdi. Dənizdə gəmilər, havada uçan bir adamlıq təyyarələr üzərilərində Türkiyə bayrağı ilə "dünyanı sənət xilas edəcək" deyə car çəkirdilər. Rəssamlar, ədəbiyyatçılar, musiqiçilər, aktyorların qatıldığı bu festivalda Azərbaycandan gələn rəqs qrupu da vardı. Bir sözlə, üç gün davam edən bu festivalda çox maraqlı hadisələr baş verdi. Misir, Ərəbistan, Ukrayna, Rusiya, Gürcüstan və eləcə də Avropadan rəssamların qatıldığı beynəlxalq festivalda iştirak etdiyimə görə özümü çox şanslı hesab edirəm.

- Festivalda sizi ən çox heyrətləndirən nə oldu?

- Festivalın təşkilində dekorasiya üçün 10 ton portağal istifadə olundu, binaların divarlarına rəsm olaraq yapışdırılıdı. Başqa qürurverici hadisə isə Nəvai bəylə bağlıdır. Nəvai Mətin festivalı unudub rəsmə başladı və oradaca bu möhtəşəm festivalın sponsorunun rəsmini canlı olaraq kətana yağlı boya ilə çəkdi və minlərlə adam bunun şahidi oldu.

- “Facebook” səhifənizdə Adana şəhərindəki sərginizdən də paylaşımlar etmisiniz.

- Biz bu Türkiyə səfərimizdə iki tədbirdə iştirak etdik. Mən eyni vaxta Çukurova Ədəbiyyatçılar Dərnəyinə şair olaraq dəvət almışdım və orada da çox maraqlı görüşlərimiz oldu. Üç gün ərzində Adanaın müxtəlif yerlərində şeir və musiqi festivalında iştirak etdim. Keçən il də qatıldığım festival bu il mənə daha düşərli oldu. Bu səfər mənə ilk dəfə olaraq, öz sərhədlərimizdən kənarda – Türkiyədə fərdi rəsm sərgimi təşkil etmək imkanı yaratdı. Adana şəhərində təşkil olunmuş sərginin açılışını UASB-nin Azərbaycan nümayəndəliyinin rəsm komitəsinin başqanı Nəvai Mətin etdi. 15 rəsmin sərgiləndiyi bu fərdi sərgi uzun illər içimdə gəzdirdiyim duyğularımı bəyan elədim. Sanki 20 yanvar, Xocalı faciəmiz, şəhidlik, itkinlərimiz, tərk olunub düşmən işğalında qalan torpaqlarımızla bağlı hisslərimi rəsmlərimə baxan adamlarla bölüşdüm.

- Bu festival sizə daha çox nə qazandırdı?

- Məni ən çox sevindirən dünya rəssamları ilə, onların sənət əsərləri ilə tanış olmaq oldu. Bilirsiniz ki, rəssamlıq elə sahədir ki, burda dil bilmək elə də vacib deyil, şəkillər hamısı eyni dildə danışır - ənət dilində.

# 4609 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçının "evsiz" Hellouin obrazı tənqid olundu

Tanınmış yazıçının "evsiz" Hellouin obrazı tənqid olundu

14:30 3 noyabr 2026
Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

14:00 3 noyabr 2026
Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

13:13 3 noyabr 2026
Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

13:10 3 noyabr 2026
“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

13:08 3 noyabr 2026
Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

13:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər