Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı

Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı
2 iyul 2019
# 13:23

Sentyabrın 30-dan oktyabrın 4-dək Bakı şəhərində keçiriləcək Avrasiya materikinin ədəbiyyat üzrə IV "LiFFt" festivallar festivalının seçim müsabiqəsinə start verilib.

Müsabiqədə iştirak üçün ərizələrin qəbulu avqustun 31-dək davam edəcək.

18 yaşına çatmış hər bir yazar festivalın seçim müsabiqəsində iştirak edə bilər. Bunun üçün qeydiyyatdan keçərək iştirak ərizəsini doldurmaq, ingilis və rus dillərində təyin olunan həcmdə nəsr və nəzm nümunələrini münsiflər heyətinə təqdim etmək lazımdır.

Müsabiqədə iştirak şərtləri http://lifft.az/ saytında http://lifft.az/index.php/register keçidində yerləşdirilib.

Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalı Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, "LiFFt" Beynəlxalq Humanitar Fondu, Avrasiya Millətlər Assambleyası və Azərbaycan tərəfdən Heydər Əliyev Fondunun həmtəşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi və Bakı Kitab Mərkəzinin tərəfdaşlığı ilə keçirilir.

"LiFFt" 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə etdiyindən dünyanın ən kütləvi ədəbiyyat festivallarından hesab olunur.

Xatırladaq ki, 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə III "LiFFt" festivallar festivalında 27 ölkənin 170 yazarı arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan bu il tədbirə Bakı ev sahibliyi edəcək.

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə festivalın Təşkilat Komitəsi IV Bakı festivalının İmadəddin Nəsiminin adı ilə bağlanması barədə qərar qəbul edib.

Qeyd edək ki, bu il Bakının ev sahibliyi edəcəyi festivalda materikin, eləcə də Amerika və Avstraliyanın 55 ölkəsindən 200 yazıçı laureat adı və medallar uğrunda mübarizə aparacaq. Seçim turuna qatılmadan festivalda birbaşa iştirak edəcək bəzi nüfuzlu dünya yazarlarının adları artıq məlumdur. Bunlar Kşiştof Zatravski (Polşa), Oljas Süleymenov (Qazaxıstan), Rikardo Seidl (Braziliya), Konstantin Kedrov-Çelışev (Rusiya), Martin Dinkov (Fransa), Aleksandr Aleksander (Almaniya), Nina Qeyde (Danimarka), Selim Azimoviç (ABŞ), İdo Netanyahu (İsrail), Massimo Madrisio (İtaliya), Viktor Klık (Avstriya), Tatyana Bonç-Osmolovskaya (Avstraliya), Aleksandr Ratkeviç (Belarus), Serhat Kabaklı (Türkiyə), Hadaa Sendao (Monqolustan), Akifumi Takeda (Yaponiya), Boris Qoldberq (Çexiya), Aron Qaal (Macarıstan), Danilo Jokanoviç (Serbiya),Valeri Kupka (Slovakiya), Olqa Svanberq (Finlandiya), Slobodan Vukanoviç (Monteneqro) və digərləridir.

Festivalda Nobel komissiyasının, beynəlxalq PEN klubun və Yazıçılar Gildiyasının nüfuzlu şəxsləri də qonaq qismində iştirak edəcəklər.

Festivalın Azərbaycan üzrə spikerləri Anar, Elçin, Kamal Abdulla, Ramiz Fətəliyev, Nizami Cəfərov, Elmira Axundova, Ramiz Rövşən, Afaq Məsud və Çingiz Abdullayev, Azərbaycan üzrə koordinatorları Nigar Həsənzadə, Günel Rzayeva və Əlibala Məhərrəmzadə olacaq. /azertag.az/

# 3754 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər