Erotik səhnəyə 20 dəfə baxdıq... – 23 fevral xatirələri

Erotik səhnəyə 20 dəfə baxdıq... – <span style="color:red;">23 fevral xatirələri
23 fevral 2018
# 21:00

Bu gün, 23 Fevral Kişilər bayramı kimi qeyd olunsa da əslində Sovet ordusunun yarandığı gün idi. Sovetlərin dağılması ilə bu bayram da tarixin arxivinə qovuşdu. Bəs Sovet vaxtı bu bayram necə keçirilirdi? Tanınmışlar həmin günü necə xatırlayırlar? Maraqlı xatirələri olubmu?

Kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Rasim Balayev

Təbii ki, yadımdadır, geniş bayram kimi qeyd olunurdu. O vaxt aramızda belə bir zarafat vardı ki, hansı qadın bizi 23 Fevralda təbrik edibsə, biz də hökmən onu 8 Martda təbrik etməliyik. Mənə təbriklər çox gəlirdi. Əsasən sənət camiəsından. O vaxt Kinostudiyada işləyirdim, əlaqələrimiz geniş idi. Təbriklər çox olurdu, ancaq indi hər hansı birini konkret olaraq xatırlamıram.

Vaqif Nəsib

23 Fevralda tale bizə hədiyyə verdi. Atam müharibədən kapitan kimi qayıtmışdı. Mənim 7 yaşım vardı onda, qardaşımın da 5 yaş. Onda axan çaya, göydəki aya deyirdik ki, ay axan çay, ay göydəki ay, gətir atamızı. Atam qayıdıb gəlmişdi. Evə girən kimi birinci məni öpdü. Onda kiçik qardaşım dedi, ay çaylar, ay ağaclar, ay quşlar, Vaqifin atasını gətirdin, mənim də atamı gətir. O gün cəbhədən sağ qayıtmış ata hədiyyəsi verilmişdi bizə.

Seyran Səxavət

Yadımdadır ki, 23 Fevralda kül halında camaat harda “soldat” görürdü cibinə pul basırdı. Hörmət eləyirdik əsgərlərə. Faşist ordusunu məhv edən orduya hörmət eləmək lazım idi. Mən özüm də zabit kimi qulluq eləmişəm. 6 qızın tək qardaşı mən idim. 23 fevral 8 martdan əvvəl olduğuna görə onlar yığışıb mənə hədiyyə alırdılar. Sonra mən 8 Martda onların hamısına hədiyyə almağa məcbur olurdum. Onda səmimiyyət var idi...

Səfər Alışarlı

Zəhləm gedir bu bayramdan. O bayram bizim manqurtluğumuzun canlı abidələrindən biridir. Sovet ordusu bizi ağ günə çıxartmayıb ki: Xocalı qətliamını törədib, torpaqlarımızı işğal edib ermənilərə bağışlayıb.

Nurəddin Mehdixanlı

Əslində 23 fevral Sovet ordusu günü kimi qeyd olunurdu. Şəxsən indi mənim üçün bu gün o mənada heç bir anlam daşımır. Daha çox pis assosiasiya var bu günlə bağlı. Həmin gün və ondan sonrakı günlər artıq Xocalı mühasirəyə alınmışdı. Bu hücumu sovet ordusu eləmişdi. Buna görə də 23 Fevral məndə bu anlamı daşıyır, Xocalı faciəsinin işğal günü kimi. Kişilər bayramı kimi indi qeyd olunması isə gülüncdür. Bu qədər dərdi-sərimiz varsa, ehtiyac varmı buna? Bayramdan əvvəl kişilərin görəcəyi çoxlu işlər var.

Səbuhi Məmmədli

23 Fevralda xidmət etdiyim sərhəd zastavasına “Yaramaz” filmini gətirmişdilər. Filmə baxdıq. Kinomexanik Babkin də həmin gün zastavada qalası olmuşdu. Gecə Babkini yuxudan durğuzduq. 5-6 əsgərlə birgə filmin bir hissəsinə azı 20 dəfə baxdıq. Filmin qəhrəmanı Hətəmin İradəni zorlaması hissəsinə. Bəlkə də 30 dəfə baxacaqdıq; baş Leytenant Rudenko gəlib çıxmasaydı.

Nəsimi Nəbizadə

Həmin dövrlər mənim məktəb vaxtıma düşüb. Bizim sinifdə qızlarla oğlanların sayı eyni idi, hamıya hədiyyə çatırdı yəni. Hədiyyələr adətən bir təbrik yazılmış açıqca, bir cüt corab, əl dəsmalı filan olurdu. "Şipr" odekalonlar var idi, həə, ondan hədiyyə aldıqda dedi-qodular başlayırdı sinifdə ki, bəs filankəs filankəsi deyəsən sevir. Yeri gəlmişkən, corablar, dəsmallar, odekolonlar yox, amma açıqcalardan saxladıqlarım var. Bir dəfə neçənci sinifdəsə oxuyurduq, sinifdə qızlarla oğlanlar küsmüşdü, həmin il nə 23 Fevralda, nə də 8 Martda hədiyyə olmadı... Yadımda qalan budur.

Murad Köhnəqala

Belə təbrikləşmələr mənim orta məktəb illərimə təsadüf etmişdi. Qızlar kimdən 8 Mart təbriki umurdusa ona 23 Fevral təbriki yazırdı. Dəniz donanmasının yaranması gün olsa da bütün sovet respublikalarında həmin günü kişilərin bayramı kimi qeyd edirdilər. Mənasını, tarixini o qədər də yaxşı bilmədiyimiz bu iki bayramda qızlarla oğlanların bayramlaşma, rəğbət bildirmə fürsəti yaranırdı. Mövsüm açıqçalarına şablon "ürək sözləri" yazıb biri-birimizi təbrik edirdik. Belə açıqlamaları orta məktəbdə oxuyan vaxtlarda və hərbi qulluqda olanda almışam. Ancaq bu bayramla bağlı danışılacaq xüsusi bir xatirəm yoxdur.

23.02.2017

# 1982 dəfə oxunub

Oxşar xəbərlər

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

17:22 29 noyabr 2024
Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

16:28 29 noyabr 2024
Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

16:20 29 noyabr 2024
6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

15:30 29 noyabr 2024
"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

15:00 29 noyabr 2024
Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

13:30 29 noyabr 2024
# # #