Əfsanəvi rokçunu Amerika kəşfiyyatı öldürübmüş-SENSASİYA

Əfsanəvi rokçunu Amerika kəşfiyyatı öldürübmüş-SENSASİYA
12 oktyabr 2016
# 12:22

Rok dünyasının əfsanəsi Kurt Kobainin ölümü ilə bağlı yeni bir iddia ortaya çıxıb. Kulis.Az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə Con Potaşın “Drugs as Weapons Against Us” adlı kitabında Nirvana qrupunun 27 yaşında həyatla vidalaşan solistinin narkotik aludəçisi halına gətirildikdən sonra ABŞ kəşfiyyatı tərəfindən öldürüldüyü yazılıb.

Kitabın müəllifi narkotik aludəçisi olan Kurt Kobainin 1994-cü ildə intihar etdiyi xəbərlərinə alternativ açıqlama gətirib: “Sənədlər təsdiq edir ki, ABŞ kəşfiyyatı narkotikin təbliğatına görə Kobaindən istifadə edib”.

Eyni zamanda kitabın müəllifi narkotikdən istifadə edən Kobainin Amerikada narkotikanın populyar hala gətirilməsinə kömək etdiyini və həmçinin solçu olmasının ABŞ kəşfiyyatının xoşuna gəlmədiyini, bu səbəbdən diqqət çəkdiyini qeyd edib.

Bu iddiadan sonra başqa bir xəbərdə Con Lennon, Cimi Hendriks və Tupak kimi əfsanə adların da sol baxışları ucbatından CIA-nın hədəfində olduğu bildirildi.

Kurt Kobainin ölümü ilə bağlı daha əvvəl də bir çox iddialar ortaya atılmışdı. Kobainin qanında tapılan eroinin miqdarının həddindən artıq çox olduğu və bu qədər narkotik qəbul edən adamın tüfənglə özünü öldürə biləcəyinin mümkünsüzlüyü iddialar arasında öz yerini tutur.

Başqa bir iddiada isə deyilir ki, Kobainin barmaq izləri ətrafdakı heç bir əşyada tapılmayıb.

Daha sonrakı iddia isə Kobainin intihar məktubu ilə bağlıdır. Məktubun girişindəki “Boddah” sözünün (Kobainin uşaq vaxtı xəyalında yaratdığı dostunun adı) başqa bir əl tərəfindən yazıldığı qeyd olunur.

Bütün bunlar onun ölümünü daha da sirli edir.

# 2508 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər