170 ilə tikilən kilsə - Notr-Dam haqda Qeyri-adi Faktlar

170 ilə tikilən kilsə - Notr-Dam haqda <span style="color:red;">Qeyri-adi Faktlar
16 aprel 2019
# 12:44

Kulis.az Paris Notr-Dam kilsəsi haqqında maraqlı faktları təqdim edir.

Parisin Notr-Dam kilsəsi dünyanın ən çox ziyarət olunan məkanlarındandır. Rəqəmlə desək, ildə bura 13 milyondan artıq turist gəlir. 37 ibadətxana, 75 böyük sütundan ibarət 130 metr genişlikdəki bu kilsə eyni vaxtda 9 min insanın ibadət edə bilməsinə imkan verir.

Notr-Dam fransızcada "Müqəddəs bakirə" deməkdir. Əvvəllər, eramızın 4-cü əsrində bu möhtəşəm kilsənin yerində kiçik bir kilsə yerləşibmiş. 1163-cü ildə Papa 3-cü Aleksandr tərəfindən kilsənin inşasına başlanmış və tikinti işləri 170 il sürmüşdür. Tarixi boyunca kilsə Janna Darkın məhkəməsi, Napaleonun tacqoyma mərasimi, Şarl de Qollun vida mərasimi kimi böyük miqyaslı hadisələrə ev sahibliyi etmişdir.

Həmçinin kilsədə Janna Darkın da heykəli var.

Fransız inqilabından sonra kilsə diqqətdən kənarda qalsa da, Viktor Hüqonun məlum romanının 1831-ci ildə nəşrindən sonra diqqət mərkəzinə gəlmiş və 1864-cü ildə restavrasiya işlərinə başlanmışdır.

Kilsənin interyeri başdan-başa sənət əsərləri ilə bəzədilib. Çiçək şəkilli pəncərə kilsənin qərb hissəsindədir. Pəncərənin qarşısında ortada müqəddəs Məryəmin və uşaqların heykəlləri yerləşib.

Gül pəncərənin altında isə yəhudi hökmdarlarının 28 heykəli yer alıb. Bu hissəyə Kings Qallery deyilir.

Qərb hissədə pəncərənin hər iki tərəfində qüllələr var. Bu qüllələrə 387 pilləkən aparır. Və bu yolu kilsəni pis ruhlardan qoruyan əcaib heykəllər bəzəyir.

Kilsənin şimalında yerləşən yeganə zənginin ağırlığı 13 tondur.

Kilsənin görməli abidələrindən biri də girişlərdən birindəki "Bakirə və uşaq" heykəlidir. Əsas mehrabın arxasında Nikolas Kostonun “Pyeta” heykəli yer alıb. Heykəli rəsmlər dövrələyib ki, buna "May tabloları" deyilir. Çünki hər ilin mayında Paris zadəganları kiləsyə belə rəsmlər hədiyyə ediblər.

Buradakı kürsülər Müqəddəs Məryəmin həyatından bəhs edən oymalarla bəzədilib.

Kilsənin ən maraq doğuran yeri Xəzinə dairəsidir. Burada antik dövr əlyazmaları və dini əşyalar qorunur.

İsanın tikanlı tacı və çarmıx taxtasından bir hissə hər cümə ziyarətçilərə açıqdır.

15 aprel 2019-cu il tarixdə Notr-Dam kilsəsində baş verən yanğına kilsədə aparılan restavrasiya işləri səbəb olub.

Notr-Dam kilsəsi tarixi, memarlıq və sənət əhəmiyyətinə görə tək Fransanın deyil, bütün dünyanın mədəni mirasıdır.

# 5865 dəfə oxunub

Oxşar xəbərlər

Səlim Babullaoğlu Moldovada xüsusi mükafata layiq görüldü

Səlim Babullaoğlu Moldovada xüsusi mükafata layiq görüldü

22:03 18 oktyabr 2026
Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

11:40 18 oktyabr 2026
"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi  Üzeyir Hacıbəyliyə  yazdığı ərizədə nəyi rica edirdi?

"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi Üzeyir Hacıbəyliyə yazdığı ərizədə nəyi rica edirdi?

10:30 18 oktyabr 2026
18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

10:00 18 oktyabr 2026
Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər