Lalə Məmmədova: “Toylara o qədər pul tökmək faciədir”

Lalə Məmmədova: <span style="color:red;">“Toylara o qədər pul tökmək faciədir”
15 sentyabr 2015
# 07:30

Kulis tanınmış müğənni Lalə Məmmədova ilə ədəbiyyat və kitab mövzusunda söhbəti təqdim edir

- Xarici dilləri bitirmisiniz... Ədəbiyyata xeyli yaxın sahədir. Bədii ədəbiyyat oxumaqla əvvəllər nə qədər məşğul olmusunuz, nə oxumusunuz və indi vəziyyət necədir?

- Ədəbiyyatla hərfləri tanıyandan maraqlanmağa başlamışam. Elə əvvəllər də indi də boş zaman varsa mütləq mütaliə edirəm. Buna tələbatım uşaqlıqdan var. Uşaqlıqda daha çox nağıllar və elmi jurnalların arxasındakı "Bunları bilmək maraqlıdır" köşəsini oxuyurdum. Sonralar müəllifləri və janrların sayını artırmağa başladım. Sözsüz ki, hər yaşın öz tələbləri var. Məktəbin son siniflərində Salam Qədirzadənin "46 bənovşə", Rəşad Nuri Guntəkinin "Çaliquşu" romanı, Əli Vəliyevin hekayələri və bir də adını unutduğum ədəbiyyat jurnalında yeni əsərləri oxuyardım. İndi isə vəziyyət bir az fərqlidir. Həyat tərzimlə əlaqədar psixoloji, fəlsəfi kitablara daha çox tələbatım var. Və unutdum dəməyə, Xarici Dillər Universitetinə daxil olduqdan sonra isə oxuduğum yazarların sırasına Qərb, Avropa, Amerika yazıçıları da daxil oldu

- Sizcə müğənni ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Müğənni ədəbiyyat sahəsində demirəm ki, alim olsun, ancaq söz ehtiyatı, nəsr və poeziya haqqında məlumatı olmalıdır.

- Müğənnilərimizin əksəriyyəti oxumur. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Bu məsələyə necə baxırsınız?

- Çox pis. Daha nə dəyim ki?

- Yeri gəlmişkən, türk müğənnilərinin əksəri ciddi mütaliəlidirlər. Məsələn, bir kitab mağazasının açıqlamasına görə Yıldız Tilbə bir ayda 300-dən çox bədii kitab almışdı. Sizi də hərdən kitab təqdimatlarında görürük. Nə alırsız, nə oxuyursuz?

- Əslində, kitab təqdimatlarında çox da ola bilmirəm. Sonuncu dəfə Sevinc Çılğının və Nigar Həsənzadənin kitab təqdimatlarında olmuşam. Ancaq saytlardan kitab mağazaları ilə maraqlanıram. Paolo Koelyo, Fransuaza Saqan, Qabriel Markes, Fridrix Nitşe, Cek London mənim tez-tez müraciət etdiyim yazarlardır.

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Bu vərdişi hər bir valideyn öz uşaqlarına aşılamalı və sevdirməlidir. Maraq yaratmalıdır.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...

- Yox, dediyiniz kimi nəsə yazmıram. Arada oxuduğum mahnıların müəyyən yerlərində redaktə işləri aparıram.

- Yeni mahnıların sözləri sizi qane edirmi?

- Bəzən hə, bəzən yox...

- Şeir əzbərləyirsiniz heç?

- Şeir əzbərləmək kimi böyük bir istedadım yoxdur. Ancaq maraqlı, içdən, səmimi yazılmış şeirləri bir neçə dəfə oxumaqla yadımda saxlaya bilərəm.

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Mənim doğma dilim çox zəngindir. Və əsərlərində epitetlərdən istifadə edən yazıçıları daha çox sevirəm. Bəlkə də bu yaradıcı adam olmağımla bağlıdır, bilmirəm. Anar, Kamal Abdulla, İsa Muğanna, İlyas Əfəndiyev, Elçin, Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Mikayil Muşfiq... bu yazarların hər birinin şah əsərləri var. Onları dönə-dönə oxuyuram.

- Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?

- Dünya ədəbiyyatından "Əcdadların harayı", "100 ilin tənhalığı", "Salam, kədər", "Balıq qanı", "Həyat yanğısı", "Ay və qəpik-quruş", "Martin İden", "Zərdüşt belə deyərdi", "Fransız leytenantının sevgilisi", "Ölümqabağı öpüş", "11 dəqiqə", "Kerri bacı", "Dahi" və s. Yadıma düşənlər hələ ki, bunlardır.

- Varqas Lyosanı tanıyırsınız?

- Xeyr, tanımıram.

- İngilis dilində də oxuyursunuz?

- Oxuyuram.

- Sizcə niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?

- Hə, bu böyük faciədir. Əslində, bu cahillik və savadsızlığa açılan və getdikcə genişlənən bir yoldur. Mən də sənət adamıyam. Bəzən böyük, həddən böyük bir istedadın qarşısında bəzi şeylərə göz yummaq olar. Ancaq təəssüf edirəm ki, maddiyat savadsız insanlara sonradan mənəviyyatlarını doldurmaq üçün böyük şans verdiyində onlar bunun fərqində olmurlar. Ömürlərinin sonunadək cahil olaraq qalırlar.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- İncil və Quranı oxumuşam.

- Son olaraq həmkarlarınıza və dinləyicilərinizə ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?

- Oxuyun, oxuyun, bir daha oxuyun! Dünyanı gözəlliklə yanaşı savad və elm xilas edəcək!

# 2912 dəfə oxunub

Oxşar xəbərlər

Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirildi

Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirildi

13:21 10 iyun 2026
Yeni nəşrlərin vahid elektron reyestrinin yaradılması təklif olundu

Yeni nəşrlərin vahid elektron reyestrinin yaradılması təklif olundu

12:49 10 iyun 2026
Almaniyada Kelt mədəniyyətinə aid  nadir məzar tapıldı

Almaniyada Kelt mədəniyyətinə aid nadir məzar tapıldı

12:40 10 iyun 2026
Bir xalqın dastanını yazan təkgözlü şair: Luiş di Kamoeş kim idi?

Bir xalqın dastanını yazan təkgözlü şair: Luiş di Kamoeş kim idi?

12:30 10 iyun 2026
"Biz diplomu dəliyə verdik, yoxsa dahiyə?" - Qaudinin sirlərlə dolu həyatı

"Biz diplomu dəliyə verdik, yoxsa dahiyə?" - Qaudinin sirlərlə dolu həyatı

12:00 10 iyun 2026
77 il əvvəl götürülmüş kitab kitabxana təhvil verildi

77 il əvvəl götürülmüş kitab kitabxana təhvil verildi

11:30 10 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər