Bura qadınların girməsi qadağandır – FOTOLAR

Bura qadınların girməsi qadağandır – <span style="color:red;">FOTOLAR
15 noyabr 2017
# 09:00

Fələstinin Beytüllahim şəhərinin yaxınlığında yerləşən, 5-ci əsrə aid Mar Saba Monastırı özünəməxsus adət-ənənələri qoruyur.

Adətlərdən birinə görə, qadın ziyarətçilər monastıra girə bilməz.

Mar Sabah Monastırı Beytüllahimin 20 kilometr cənubunda Ubeydiyə kəndində bir təpənin üzərində tikilib.

Xristian dünyasının önəmli şəxsiyyətlərindən olan Yuhanna el Demaşkinin bu monastırda uzun müddət qaldığı, Ortodoks kilsəsinə aid bir çox ritualın təməlini məhz burada qoyduğu, yalnız bundan sonra bu ritualların dünyaya yayıldığı güman olunur.

Rahib Kelaritoş monastırın V əsrin sonlarında bu bölgəyə müridləri ilə gələn Aziz Mar Saba tərəfindən tikdirildiyini söyləyir. Əsrlər boyu bu monastır özünəməxsus ənənələrini qoruya bilib. Məsələn, monastırın içinə qadınlar daxil ola bilməz.

Təpədə yerləşən monastıra güclə çıxan yerli və ya əcnəbi qadın ziyarətçilər giriş qapısının qarşısında gözləmək məcburiyyətində qalır. Rahib Kelaritoş bu qadağanı belə izah edir: “Qadınlar kişi rahiblərin olduğu monastıra girə bilməz. Üstəlik biz burada ibadətlə məşğuluq. Ətrafımızda qadının olması düz olmaz”.

Yerli sakinlər isə başqa bir fikrə inanır. Bu inanca görə, əgər monastıra qadın girərsə, zəlzələ baş verəcək, ona görə bu qadağanı pozmaq olmaz. Monastıra qadınların girişi qadağan olsa da, rahiblər gələn digər ziyarətçiləri əliboş yola salmır. Gələnlərə monastırın içindəki müqəddəs olduğuna inanılan mənbədən bir parç su və xurma budağı hədiyyə olunur.

Filistin'de kadınların giremediği Mar Saba Manastırı

Yerlilər xurma budağı ilə qaynadılan suyun müxtəlif xəstəliklərə yaxşı təsir etdiyinə inanır. Bu xəstəliklərdən biri də sonsuzluqdur. Texnologiyadan uzaq, bayırla hər hansı bir əlaqə qurmayan Mar Saba monastırında elektrikdən də istifadə olunmur. Onlar vaxtı da günəşə baxaraq təyin edir.

Qüdsdəki Roma Ortadoks Patriarxlığının yepiskopu Teofanes 15 rahibin yaşadığı Mar Saba monastırında ibadətdən başqa heç bir işlə məşğul olmadıqlarını söyləyib. Həmçinin monastırda yaşamış müqəddəslərin nəşinin qalıqları da xüsusi sandıqlarda qorunur.

Ubeydiyə Bələdiyyə başqanı Naci Redaydə də Mar Saba Monastırının interyerinin və eksteryerinin divar rəsmləri, keçidləri və nərdivanları ilə nadir bir sənət əsəri olduğunu deyir. Başqan monastırın YUNESKO dünya mədəni irsinin siyahısına salınması üçün müraciət etdiklərini bildirib: “Monastırı ildə üç yüz min kişi ziyarət edir. Siyahıya salınarsa, ziyarətçilərin sayı daha da artacaq”.

# 2505 dəfə oxunub

Oxşar xəbərlər

Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

17:12 17 noyabr 2026
Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

16:39 17 noyabr 2026
"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

16:22 17 noyabr 2026
Conni Depp  şəxsi həyatı və gələcək planları haqqında danışdı

Conni Depp şəxsi həyatı və gələcək planları haqqında danışdı

16:04 17 noyabr 2026
"Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri

"Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri

15:49 17 noyabr 2026
Pakistan mətbuatı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanından yazır

Pakistan mətbuatı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanından yazır

15:24 17 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər