Azərbaycanda işləyən qadın olmağın 7 çətinliyi-SİYAHI

Azərbaycanda işləyən qadın olmağın 7 çətinliyi-<span style="color:red;">SİYAHI
21 sentyabr 2016
# 12:05

Kulis.az işləyən qadınların yeddi xüsusiyyətini təqdim edir.

Hər şeydən qabaq elə bu sözdən başlayaq: “İşləyən qadın!” İşləyən kişi sözünü eşitmisiz? “Kişi işləyər də”. Qadına seksist münasibət əslində elə bu ifadə ilə başlayır. Halbuki qadın həmişə işləyir. Maaş alsa da, almasa da… Lakin cəmiyyətin gözündə o ancaq maaş alanda “işləyən qadın” sayılır. Uşaqlara evə, kişiyə baxmaq isə iş sayılmır.

İşləyən qadın qürurludur, özünəinamı var. Onun başını aldatmaq, nəyəsə məcbur etmək mümkünsüz olmasa da çətindir. O bu mənada bütün günü ev işləri ilə məşğul olan həmcinslərindən çox güclüdür. Buna görə də orta statistik kişilər işləyən qadınları sevməzlər. Ümumiyyətlə, qadını işləməyə qoymazlar. Əzik kişilər müəyyən edən parametrlərdən biri də budur.

İşləyən qadının hər dəqiqəsi qiymətlidir. İşdən evə gəlmək, uşaqların dərsi, evin səliqəsi, səhər üçün yemək hazırlamaq, kişinin “plovuna yağ gətirmək…”. Və bu qədər işin içində özünə diqqət eləmək, gözəl görünmək üçün zaman ayırmaq çox çətindir. Amma di gəl ki, bütün işləyən qadınlar bunu edə bilirlər. Və iddia edirik: Bu qədər zamanda bu qədər işi görməyi heç bir kişi bacarmaz. Uşaqların dərsiylə məşğul olsa yemək qalacaq, yemək hazırlansa ev tör-töküntü olacaq.

İşləyən qadının çətinlikləri təkcə evlə bağlı deyil. Həm də işlə bağlıdır. Misal üçün, onun maaşı adətən eyni işi görən kişi həmkarlarından azdır. Üstəlik, qadının vəzifədə irəli çəkilməsi kişilərə nisbətən daha gec baş verir. Hə, bir gün ədalət zəfər çalıb qadın normal bir vəzifəyə təyin olunsa belə bunun arxasında min şey axtararlar.

Hamı işdə səhv edə bilər. Qadın da, kişi də. Lakin kişinin səhvi onun tənbəlliyinə, səhlənkarlığına bağlıdırsa qadının səhvinin isə bircə səbəbi var: Onun qadın olması. “Qadındı da…”. Bu seksist münasibət bizdə az qala həyati normadır.

İşləyən qadının hamiləliyi belə şirkət strategiyası ilə uyğunlaşmalıdır. Bir anlıq özünüzü onun yerinə qoyun və düşünün. Hamilə qalmaq istəyirsiniz, bunu hamı bilməlidir, müzakirə edilib təsdiq olunmalıdır.

İşləyən qadın hər gün gözəl, baxımlı olmalıdır. Amma onun bunun üçün zamanı da çox azdır. Buna görə də hər cür praktik həll yollarını çox gözəl bilirlər. Ən qısa müddətə makyajdan tutmuş, az paltarla çox kombinasiya yaratmağa qədər.

BONUS: İŞLƏYƏN QADINLAR SEVGİYƏ HAMIDAN ÇOX LAYİQDİRLƏR!

# 4956 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər