Xalq artistinin mədəniyyətsizliyi - Mədəniyyət Nazirliyinin artistliyi

Xalq artistinin mədəniyyətsizliyi - Mədəniyyət Nazirliyinin artistliyi
4 fevral 2016
# 13:17

“Xalq artisti” fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa... görə verilir”.

Bu Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnaməsindən çıxarışdır.

Lakin biz onların “müstəsna dərin ideyalı əsər”lərindən çox, kütləvi dayaz davalarını görürük.

Nə ortada bir sənət qovğası var, nə də sənətin özü.

Xalq artistləri ancaq səviyyəsiz qalmaqallarla yadda qalır.

Dövlət bu adı artistə qalmaqal törətmək üçün vermir.

Bu ad yüksək sənətə görə verilir.

Bəs dövlətin verdiyi bu ada müğənnilər nə qədər hörmət edirlər?

Ən birinci burdan başlayaq ki, Xalq artisti adının verilməsində də əlaqədar strukturların günahı var.

Misal üçün, dövlət himninin musiqisinin kimin yazdığını bilməyən Səməd Səmədovun Xalq artisti fəxri adı verilməsinin təqdimatını verən məmur görəsən təqdimatda müğənninin hansı xidmətlərini qeyd edib?

Yaxşı toy apardığına görə, Xalq artisti adının verilməsi məqsədəuyğundur?

Yoxsa necə?

Bu cür səhlənkar münasibət isə son nəticədə dövlətin əleyhinə çevrilir.

Və təhqirlərin, söyüşlərin havada uçuşduğu bütün bu məqamlarda Mədəniyyət və Turizm Nazirliyi sükut nümayiş etdirir.

Sanki müğənnilər barədə bu təqdimatı Kənd Təsərrüfatı Nazirliyi yazıb.

Halbuki, müvafiq təqdimatı yazan qurum bu adı daşıyan müğənnilərə də cavabdeh olmalı, onlara xəbərdarlıq etməli və ümumiyyətlə layiq olmayan insanlara təqdimat yazmamalıdır.

Layiq olan insanlar, misal üçün, Musa Yaquba Xalq şairlıyi üçün təqdimat yazmayan nazirlik əxlaqdan və mənəviyyatdan kənar davalar zamanı da yaxasını kənara çəkməməli, açıq şəkildə hesabat verməlidir.

Bu onların borcudur. “Biz qarışmırıq” açıqlamaları onları heç bir halda məsuliyyətdən azad etmir.

Əsasnamədə Xalq artisti adından məhrum edilməsinin iki şərti

göstərilib. Birinci: fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda. İkinci: Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə (fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən).

Təqdimatı verən orqanın, yəni Mədəniyyət və Turizm Nazirliyinin birbaşa vəzifəsi mediada dəfələrlə təkrarlanan xataları görmək və müvafiq təqdimat yazmaqdır.

Xalq artistinin efirdən dediyi “Mən yemirəm, yedizdirirəm” sözünün nazirlik rəsmilərini çox da məmnun etdiyinə inanmırıq.

Bəs əməl hanı?

Reaksiya hanı?

Cavab hanı?

Məhz bu “qarışmamaq” siyasəti nəticəsində İlhamə Quliyevanın qanunlara və Xalq artisti adına yaraşmayan hərəkətlərinə görə millət vəkilləri, ziyalılar, hüquqşünaslar narahat olur, çıxışlar edirlər...

Hətta millət vəkili Çingiz Qənizadə Baş Prokurora müraciət edir.

Nazirlik isə susur...

Qarışmır...

Arada isə tədbir keçirdirlər: Lavaş türkün ortaq mirasıdır!

# 3140 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər