Elçin Əlibəylinin Mircəfər Bağırov ədaları – Gündəm

Elçin Əlibəylinin Mircəfər Bağırov ədaları – <span style="color:red;">Gündəm
1 mart 2019
# 12:30

Kulis.az Aliyənin “Elçin Əlibəylinin diktatorluğu” yazısını təqdim edir.

Elə mövzular var ki, onunla istənilən adamı kütlə-tamaşaçı qarşısında hədəfə çevirə bilərsən: vətən, millət namus, qeyrət, din və s.

Min ildir bu üsul işləyir. Sadəcə, təəccüb doğuran odur ki, hər şey dəyişir, modernləşir amma bu üsula müasirlik, yenilik gətirilmir, adəta köhnə ənənələrə söykənilir. Düzdür, bu ifşa-ittiham, hədəf göstərmək ənənəsi möhkəmdir, etibarlıdır, həm də bu ənənənin milli çalarları var. Yeni antiutopik əsərlərdən, ideyalardan təsirlənmələr yoxdur. Hər şey köhnə vaxtlardakı kimidir.

“Elşad Barat, sən qələt edib, başını daşa döyürsən, Bəxtiyar Vahabzadəni müzakirə edirsən. Buna sənin nə təhsilin, nə də indiki fəaliyyətin imkan vermir. 40 yaşına çatmısan, Cənubi Azərbaycan mövzusunda bir misra yazmamısan, qaçqınlar üçün gözündən yaş çıxmayıb…”

"Space" telekanalında yayımlanan "El bizim, sirr bizim" verilişində aparıcısı Elçin Əlibəyli şair Elşad Barata deyir.

Bu təzə məsələ deyil. Elçin Əlibəyli az qala bütün verilişlərində media prinsiplərini pozur, qonaqlarını aşağılayır, təhqir edir, tərəf tutur, verilişini şərh yox, hökm intonasiyası ilə bitirir. Ona görə bu çıxışı da təəccüblü deyil.

Geyimi, keçəlliyi, eynəyi ilə Mir Cəfər Bağırovu, nitqinin hədə-hökmü ilə Stalini diriltmək istəyən aparıcı verilişində totalitar bir hakimiyyət quraraq, yalnız zahirən deyil, əməl olaraq da Stalin ənənələrinə söykənir.

Bu “El bizim sirr bizim” dünyaya, dünya media prinsiplərinə qapalı diktaturadır. Burada da lazım gəldikə əl çaldırır, lazım gəldikdə susdurur, lazım gəldikdə gülünc vəziyyətə salırlar. Və bütün bunlar bir ziyalı əbası altında edilir.

Elçin Əlibəyli dayandığı tribunadan danışa-danışa Azərbaycan ədəbiyyatını, sənətini, əxlaqını, Nəsimisini, Haqverdiyevini, Sabirini özününküləşdirib, mülkiləşdirib. Bu, ona elə bir ziyalı imici biçib ki, qarşısına çıxanı aşağılaya bilər. Qadınları ikinci cins olmaqda, sərxoş yazıçıların qulluğunda dura bilməməkdə, ona reytinq gətirən müğənniləri reytinq gətirən görkəmdə... Ağlınıza gələ bilən hər mövzuda! İndi də cənub mövzusu çıxıb.

Diqqətli olun! “El bizim Sirr bizim” verilişində cənub haqda misra yazmadan İranda dönər yeyənin, Vahabzadəni tənqid... yox, müzakirə edənin başını daşa vururlar. Hələlik sözdə, amma gerçəkdən vurmağa da bir şey qalmayıb.

Elçin Əlibəyli, sizin istədiyiniz mövzularda və şərtlərdə işləyə, müzakirələr apara bilməməyinizin günahı çağırdığınız qonaqlarda deyil. Hər kəsin şərtləri başqadır. Məsələn, Bəxtiyar Vahabzadənin tənqid və müzakirə etməyə mənə hələ ki heç nə mane olmur. Amma şərtlər dəyişə bilər. Olduqca sadə...

# 6107 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər