Futbol haqqında çəkilmiş ən yaxşı 15 FİLM

Futbol haqqında çəkilmiş ən yaxşı <span style="color:red;">15 FİLM
12 iyul 2018
# 09:00

Kulis.az futbol haqqında çəkilmiş ən yaxşı 15 filmi təqdim edir.

Qələbəyə qaçış (Escape To Victory) – 1981

İkinci Dünya müharibəsi... Əsir düşən əsgərlərin xilas olmaq cəhdləri... Faşist zabitlərinin məqsədli şəkildə planladıqları futbol oyunu... Maraqlı bir film sizi gözləyir...

Qol kralı (Gol kralı) - 1981

Əziz Nesinin eyni adlı romanı əsasında çəkilib. Baş rolda Kemal Sunaldır. Varlı bir ailənin eynəkli, ziyalı oğlu sevdiyi qızın futbol sevgisinə görə futbolçu olmağa qərar verir...

Kubok (The Cup) -1999

Bircə məqsədləri var: 1998-ci ilin Dünya Çempionatını izləmək. Məhz bu məqsədlə monastrlarına televizor almaq istəyən iki tibetli gəncin hekayəsi göstərilir...

Öldürücü futbol (Shaolin Soccer) – 2001

Kunq Fu döyüş sənəti ilə futbolun birləşdiyi an... Ortaya qəribə bir mənzərə çıxacaq. Futbol oyunları döyüş səhnələrinə bənzəyəcək...

Qələbənin qiyməti (A Shot at Glory) - 2002

Şotlandiyadakı bir qəsəbənin komandası... Futbolun gözəlliyini, onun bir xalqın ruhunu ifadə etməsini bizə göstərən bir film...

Bekhem kimi oyna (Bend It Like Beckham) - 2002

İngiltərədə yaşayan hind qızı Jess ailəsindən xəbərsiz qadınlar komandasında oynayır. Jess həm futbola uyğunlaşmalı, həm də ailəsindən bunu gizli saxlamalıdır.

Futbol fabriki (The Football Factory) – 2004

İngilis gəncliyinin həyatı... İçki, narkotik, döyüş... Və bir də futbol. Futbolun da narkotik kimi asılılıq yaratdığını göstərən maraqlı bir film...

On bir adam oyun xaricində (Eleven Men Out) - 2005

İslandiyada futbol oynamağa çalışan homoseksualların hekayəsi. Homoseksual komanda, homoseksual futbolçular...

Yaşıl küçənin xuliqanları (Green street holigans) - 2005

Amerikalı tələbə Mat... İngiltərədə bacısının ziyarətinə gəlmək istədiyi vaxt özünü futbol xuliqanlarının arasında tapır.

Qol (Goal) – 2005

Meksikalı Santiyaqonun bir tək xəyalı var: futbolçu olmaq. Ancaq bu elə də çətin olmayacaq. Los Angelesin balaca bir məhəlləsində futbol oynayan gəncin sonradan İngiltərənin Premyer liqasında oynamasından bəhs edən gözəl bir film...

Ofsayt (Offside) - 2006

Yasaqların olduğu bir yer. İran... Həm də futbolda da qadağalar var. Qadınlar futbol izləyə bilməz... İrandakı qadınlar bu qadağaya baxmayaraq futbola baxmaq uğrunda mübarizə aparırlar...

O qadın kişidir (She's the Man) - 2006

Viola futbola vurğun bir qızdır, amma qızlar komandasına qəbul edilmir. Qadın futbol istəyini basdıra bilmir. Və qardaşının qılığına girərək bu dəfə kişilərin oynadığı komandada özünü sınamağa başlayacaq.

Maradona (Maradona by Kusturica) - 2008

Əmir Kusturiçanın filmi. Əfsanə futbolçunun həyatı və möhtəşəm oyunları haqqında...

Lənətli Yunayted (The Damned United) - 2009

Futbol məşqçisinin həyat hekayəti. Brian Klougun “Leeds United”in məşqçiliyini etdiyi dönəmlər. Onun 44 günlük macərasını izləyəcəksiniz.

Vill (Will) - 2011

İllər sonra bir araya gəlmiş “Liverpul” komandasının iki azarkeşi: ata və oğul. “Liverpul”un Çempionlar liqasının final oyununa baxacaqlar. Lakin tale onları yenə ayırır: atası qəfil ölür. Vill atası üçün o oyuna getməyi qərara alır.

# 6694 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

13:13 3 noyabr 2026
Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

13:10 3 noyabr 2026
“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

13:08 3 noyabr 2026
Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

13:00 3 noyabr 2026
"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

12:00 3 noyabr 2026
Taika Vaytiti tənqidçilərə sərt cavab verdi:  Yeni filmi kassada gözləniləni doğrultmadı

Taika Vaytiti tənqidçilərə sərt cavab verdi: Yeni filmi kassada gözləniləni doğrultmadı

11:20 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər