Həmid Herisçi: "Evimiz sirlərlə doludur" - MARAQLI

Həmid Herisçi: "Evimiz sirlərlə doludur" - <span style="color:red;">MARAQLI
26 iyul 2017
# 17:45

Kulis.az-ın “Sənin sehrli rəqəmin hansıdır?” sorğusunda iştirak edən yazıçı Həmid Herisçinin cavabı geniş olduğu üçün onu ayrıca təqdim etmək qərarına gəldik. Buyurub oxuya bilərsiniz.

- Atamla anam eyni yaşda - 74 yaşında dünyalarını dəyişdilər. Yaşadıqları binanın da nömrəsi 74 idi. Bizim ev altı bloklu, 9 mərtəbəlidir. Bu isə 69 rəqəmini verir. Yaşadığımız mənzilin nömrəsi 69-dur... Yəni, bu binada bütün numeroloji sirlər, hədəflər məhz bizim mənzildədir.

Binamızın məxfi şifri 69-dur. Bir dəfə gecəynən yaşadığım 8-ci mikrorayonda evə qayıdırdım ki, gördüm göydən mənə tərəf bax bu hava şarı şıxıyır.

Üzərində 8 rəqəmini görüb Allahıma şükür etdim. 8-ci mikrorayonda üzərində 8 yazılmış şarla görüşmək məni çox həyəcanlandırdı o vaxt.

İsmayıllının Sulud kəndində Şirvanşahların 8 xəzinəsini axtardığım zaman əlimə bax bu "8 qapının açarı" - 8 bucaq oktaqon düşdü...

O 8 qapının, 8 xəzinənin açarıdır.

Bir gün gördüm ki, rəhmətlik atamın başdaşı tərəfə bir qranit daş parçası atılıb. Üzərinə həkk edilmiş "3003" rəqəmi məni yamanca həyəcanlandırdı o vaxt.

Elə bildim, xronoanomaliya, dərvişlər demiş “teyyül-zaman” baş verib, zamanda səyahətə çıxıb 3003-cü ilə gəlib çıxmışam.

Qranit üzərində səhv yazmaq, yanılmaq, bəli, əslində bu, əsla mümkün deyil. Kağız üzərində, həəə, səhvlər çox gördük yazıçı həyatımızda. Amma, inanmıram xəttatların möhkəm əli, qranit üzərində titrəyib sürüşərək bax belə səhv buraxsın.

Elə-belə, boş yerə 3003 rəqəmini qranit üzərinə həkk etsin...

İndi özünüzü mənim yerimə qoyun. Cümə günü. İsti. Məzar daşlarının kiçik kölgəsinə sığınıb Quran açıram. Bir də görürəm ki, yerə atılmış qranit daş parçası üzərində 3003 rəqəmi həkk edilib.

Görəsən bu nəydi axı?

Çox sonralar öyrəndim ki, “3003” rəqəmi riyaziyyatda ən böyük, nəhayətsiz ölçü vahididir. Milleillion adlanır. Milleillionu təsəvvürə belə gətirmək, deyilənə görə, əsla mümkün deyil. Məntiq sınır bu rəqəmə yaxınlaşanda. Riyaziyyatçılar “milleillion”, “3003” rəqəmi ortaya çıxarkən kompüterini söndürür, yaxud bir əyləncə saytına girib orda başlarını gic-gic işlərə qatırlar.

Milleillion rəmzini gördünmü, səsini çıxarma, məntiqə baş vurma. Dünyadan ayrıl, laməkan aləmə səyahətə çıx, unut birdəfəlik bu əclaf, məntiqi həyatı.

Qara fəhlələrə, qara pıs-pısalara qoşularaq gün batarkən öz yuvana dön. Artıq sual vermə ətrafdakılarına.

Bil ki, sən artıq başqa, daha böyük, daha nəhəng dünyadasan...

Bu barədə ayrıca bir kiçik hekayəm var.

# 2427 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər