Kim Xalq yazıçısı ola bilər? - SORĞU

<b>Kim Xalq yazıçısı ola bilər? - <span style="color:red;">SORĞU </b>
29 may 2018
# 13:20

Bu yaxınlarda millət vəkili Elmira Axundovaya Xalq yazıçısı adı verildi. Bəs daha kimlərə Xalq yazıçısı, Xalq şairi adının verilməsini istərdiniz? Kulis.az bu mövzuda tanınmış yazıçı və şairlərdən öyrənib. Cavabları təqdim edirik.

Aqil Abbas

Image result for aqil abbas

- Elmira xanımı təbrik edirəm. Mənim təklif edəcəyim adlar bunlardır: Musa Yaqub, Ramiz Rövşən, Zakir Fəxri, Afaq Məsud, Çingiz Əlioğlu.

Rəşad Məcid

Image result for Rəşad Məcid

- Elmira xanımı təbrik edirəm. Sevindim. Bütün sanballı ədəbi-publisistik fəaliyyəti ilə bu adı haqq edir. Qadınlardan Afaq Məsudun da xalq yazıçısı olmasını arzulayıram.

Seyran Səxavət

Image result for seyran səxavət

- Bizim istəyimizdən heç nə asılı olmadığı halda nəsə demək yersizdi. Özümüzü, sözümüzü aşağı düşürməkdi.

Əsəd Cahangir

Image result for əsəd cahangir

- Əvvəla Elmira xanımı Xalq Yazıçısı fəxri adı alması münasibətilə təbrik edirəm. Elmira xanım çağdaş publisistikamızın qabaqcıl nümayəndələrindən biri kimi Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında mühüm rol oynamış bir qələm sahibidir və aldığı ada layiqdir.

Məncə, Xalq şairi adına namizədlər sırasında poeziyamızda mərhələ yaradan iki şairin - Ramiz Rövşən və Vaqif Bayatlının adını hamıdan öncə çəkmək lazımdır. Ümid edirəm ki, möhtərəm cənab Prezidentimiz bu şairlərə layiq olduqları Xalq şairi adı verməklə, çoxmilyonlu oxucu kütləsinin sevincinə səbəb olacaq. O gün ədəbiyyatımızın bayramı olacaq.

Azərbaycan romançılığının inkişafında, bədii nəsr təfəkkürünün yeniləşməsindəki mərhələvi xidmətlərinə görə Kamal Abdullanı, milli nəsrin modernləşməsindəki xidmətlərinə görə Afaq Məsudu, milli şeirdə gedən yeniləşmə prosesindəki roluna görə Çingiz Əlioğlunu bu ada layiq hesab edirəm.

Qarabağ mövzusu ilə bağlı romanlarına görə Aqil Abbas bu adı alsa, sevinərdim.

Nəriman Əbdülrəhmanlı

Image result for nəriman əbdülrəhmanlı

- Mən ümumiyyətlə "xalq yazıçısı" kimi mahiyyətindən uzaq, artıq nüfuzunu itirmiş fəxri adın (eləcə digər sahələr üzrə) ləğv edilməsinin tərəfdarıyam. Əvəzində, daha məntiqli, daha nüfuzlu bir şey fikirləşib tapmaq olardı.

Aqşin Yenisey

Image result for Aqşin yenisey kulis

- Ad vermək, təqaüd ayırmaq, ev bağışlamaq - bunlar bütün dövrlərdə və bütün dövlətlərdə hakimiyyətlərin qiymətləndirmə metodu sayılıb. Hətta hakimiyyəti tənqid etməsinə baxmayaraq, Volterə də gəncliyində təqaüd verilmişdi. Yaxud İngiltərə kraliçası "İslahatlar qanunu"nu parlamentdən keçirdiyinə görə Bertan Rasselin nazir babasına ev bağışlamışdı. Məni düşündürən bu deyil, cəmiyyətin bu qiymətləndirmə metoduna heyranlığıdır. Aşağı zümrələr canfəşanlıqla "Xalq yazıçısı", "Xalq Artisti" fəxri adlarının müdafiəçisi kimi çıxış edir, bu adın layiq olduğu adamlara verilməsini, layiq olmadığı adamlardan geri alınmasını istəyir. Əgər doğrudan da, yazıçını, şairi, müğənnini verilən ada, təqaüdə, evə görə qiymətləndirəcəkdiksə, onda sovet imperiyasını niyə dağıtdıq? Bu gün "Fəxri xiyaban"dan əli çıxdığı üçün bizi erməni bazarında aşağılayan həmin sovetdənqalma "Xalq yazıçı"ları deyilmi? Olmazdımı ki, Azərbaycan dövləti, müstəqilliyi rəmzləşdirən öz fəxri adlarını təsis etsin? Sovetizmin bu tör-töküntü dəyərlərini yaşatmaq kimin nəyinə lazımdır? Mən bu adların ləğv olunmasını, yaxud, heç olmasa, müstəqil Azərbaycanı rəmzləşdirən yeni titullarla əvəzlənməsini istərdim.

Mübariz Örən

Image result for mübariz örən

- Musa Yaquba, Ramiz Rövşənə, Kamal Abdullaya.

Rəbiqə Nazimqızı

Image result for rəbiqə nazimqızı kulis.az

- Mən fəxri adları o qədər də təqdir etmirəm. Amma indi azərbaycanlıyıq da, hər hansı şəkildə ürəyimizə yaxın kiminsə qiymətləndirildiyini görəndə-eşidəndə sevinirik, təbrik edirik. Bir növ vərdişdir də. Təbrik etmək, sevinmək, heyrətlənmək, ya təqdir etməmək. Meyar xalqdırsa, məşhurluğuna görə bir çox meyxanaçılara ad verilməlidir, meyar istedaddırsa, bunu bizdə kim, necə müəyyən edir? Konkret cavab versəm, şairin, yazıçının ada ehtiyacı olmamalıdır. İllah da ad verilməlidirsə, təbii ki, üç ad mütləq olacaq: Ramiz Rövşən, Musa Yaqub, Vaqif Bayatlı Odər. Onlar o siyahıda olmalıdır.

# 1332 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #