Qar yağanda ortaya çıxan 19 unudulmaz İNSAN TİPİ

Qar yağanda ortaya çıxan 19 unudulmaz <span style="color:red;">İNSAN TİPİ
1 fevral 2017
# 10:00

Kulis.Az qar yağanda ortaya çıxan 19 insan tipini təqdim edir.

1. Mənzərə şəkli çəkənlər

Onlar üçün qar təbiət hadisəsi yox, Facebook hadisəsidir. Daha çox “qar”, daha çox “like”. Xəzan bitəndən sonra qarın həsrətiylə yaşayarlar…

2. Uşaqlarını qara soxub şəklin çəkənlər

Uşaqlar qarı sevir, düzdü. Amma körpə uşaqlardan gedir söhbət. Like almaq üçün uşağı qalın geyindirib qara soxurlar. Şəkli də paylaşıb belə yazarlar: “Aylinin ilk qarı”

3.Uşağı məktəbə qoymayan valideynlər və buna görə küsən uşaqlar

Ailədəki ən böyük müharibələr qar yağanda başlayır.

4. Küçələrdə sürüşənlər

Belələri özləri də bilmədən insanlara düşmənçilik edir. Çünki zatən sürüşkən olan yeri daha da sürüşkən edirlər. Əlbəttə, xizək idmanının yayılmadığı və ildə bir-iki dəfə qar yağan ölkə üçün bu cür yaramazlıqlar başa düşüləndir.

5. Ehtiyatla yeriyənlər

Onlar çox güman ki, əvvəllər bir neçə dəfə yıxılıblar. Ona görə də on metr yolu 15 dəqiqəyə gedərlər. Ayaq dəyməyən qarlı yerlərdən keçərlər, pilləkən düşəcəklərsə mütləq məhəccər axtararlar.

6. Taksi şoferləri

Onlar üçün həmişə vəziyyət dramatikdir. Həmişə siz gedən yer tıxacdır. Bunu qiyməti artırmaq üçün edərlər. Amma qar onların üçün lap göydəndüşmə fürsətdir. Birə beş qiymət oxuyarlar. İctimai nəqliyyatın pis işləməsi də taksi sürücüləri üçün münbit şərait yaradır.

7. Məktəblərin qabağında qar səngərləri quranlar

Təəssüf ki, aramızda bu cür xuliqanlar da yox deyildir. Onlar qızlara qartopu atmağı məharət bilərlər. Əlbəttə ki, söhbət eləcə, yoldan keçən qızları “atəşı” tutanlardan gedir.

8. Avtobusa qartopu atanlar

Əlbəttə ki, söhbət uşaqlardan gedir. Bu onları əyləndirər. Amma avtobus şoferləri isə doğrudan əsəbləşər.

9. Adil Mirseyidin şeirin paylaşanlar

Allah Adil Mirseyidə rəhmət eləsin. Onun “Qar yağır…“şeiri hər qarda Facebooka yağar.

10. Deyinənlər

Qar yağmağı onlar öz sosial tənqidləri üçün arqumentə çevirərlər. Sözlərini də belə bitirərlər: “Qar bizim şəhər üçün deyil”. Haradasa haqlıdılar da. Amma qarın ləzzətini də almaq lazım deyilmi?

11. Maşın itələyənlər

Onlar ictimai könüllülərdir. Harda qarda ilişən maşın görsələr tez qaçıb onu itələyər, işə salarlar. Sonra başqa maşın ardınca tələsərlər. Onlar bu işi öz kefləri üçün edər, əsla qazanca çevirməzlər.

12. Romantiklər

Onlar şair ruhlu adamlardır. Qara baxıb xatırlayarlar. Amma pəncərədən baxarlar. Qar onları üşüdər…

13. Travmatologiyaya gedənlər

Allah göstərməsin… Hər il belələri haqda xəbərlərdə oxuyuruq.

14. “Qar yağdı, mikroblar öldü”

Məsələnin elmi tərəfi dəqiq məlum olmasa da bu söz hamının dilində olan klişeyə çevrilib. Hər qar yağanda bu cümləni azı bir milyon dəfə eşidərsiz.

15. Xaşçılar, xəngəlçilər

Əslində onlar qarçı yox, xaşçıdırlar. Sadəcə qar yağmağı fürsət bilərlər. Haradan bilirik? Qar yağmasa da onlar yenə bir bəhanə tapıb nəfəslərini xaşxanada dərərlər.

16. “Araq havasıdır” deyənlər

Ancaq qar yağanda içsəydilər biz onları qarsevər bilərdik. Amma… Vəziyyət məlumdur. Qar sadəcə bəhanədir. J

17. Yayda təriflədikləri mərməri qarda söyənlər

Yayda parka baxıb “nə yaxşı düzəldiblər” deyən adam qar yağanda eyni sözləri deməyəcək. Bu tiplərin travmatologiyaya düşən tipə çevrilməsi an məsələsidir.

18. Sınıq-saxlaq isidicinin yanında oturub sobalı ev arzulayanlar

Onlar xəyalpərəstlərdir. Bu xəyalları isə heç zaman gerçəkləşməz. Belə danışarlar: “İndi oturan kənddə, odun peçi yana, götürəsən əlinə bir kitabı, yanına qoyasan çayı. Bəh-bəh”. Amma desən gəl sabah kəndə gedək, deyəcək ki, yollar palçıqdır. Xəyalpərəstlik belə bir şeydir.

19. Maşınların üstünə söz yazanlar

Xəttatlığın xüsusi bir növü kimi öyrənilməlidir. Palçıq olanda maşınlara “məni yu” yazarlar. Qar yağanda isə onların yaradıcılıq şövqü də bir min artar.

BONUS

Rusiyanı xatırlayanlar

Azərbaycan əhalisinin düz yarısının soyuq Şimal qonşumuzla bağlı bir xatirəsi mütləq mövcuddur. Qar yağan kimi bu xatirələr çiçəklənər: Bir dəfə Moskvaya getmişdik. Babat qar yağmışdı. Qar deyirəm e sənə. Bizə qar yağmır ki…

# 1637 dəfə oxunub

Oxşar xəbərlər

Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi

Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi

10:34 28 noyabr 2024
Konfrans Liqasında "Bayatı-Şiraz" səsləndirildi

Konfrans Liqasında "Bayatı-Şiraz" səsləndirildi

09:42 28 noyabr 2024
“İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı olub

“İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı olub

09:22 28 noyabr 2024
Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub

Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub

09:12 28 noyabr 2024
Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd edilib

Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd edilib

09:08 28 noyabr 2024
Əməkdar artist:  "Səhnədən uzaqlaşmaq istəyirdim"

Əməkdar artist: "Səhnədən uzaqlaşmaq istəyirdim"

09:07 28 noyabr 2024
# # #