Tərcümə Mərkəzi Nizaminin əlyazmalarının saxlanıldığı kitabxanada

Tərcümə Mərkəzi Nizaminin əlyazmalarının saxlanıldığı kitabxanada
13 may 2015
# 15:11

Tərcümə Mərkəzinin nümayəndə heyəti bu gün Çexiya Milli Kitabxanasında olub. Kulisin məlumatına görə kitabxananın Qədim əlyazmalar və qədim nəşrlər şöbəsinin müdiri Yindrjix Marek qonaqları Nizami Gəncəvinin 1390-cı ildə xəttatlar tərəfindən üzü köçürülmüş “Yeddi gözəl” və “İsgəndərnamə”si, Cəlaləddin Ruminin XVII əsrə aid “Məsnəvi”si və digər qədim Şərq ədəbiyyatı nümunələrinin əski nüsxələri ilə tanış edib.

Mərkəzin direktoru Afaq Məsud bu unikal nüsxələrlə yaxından tanış olmağa imkan yaratdığına görə kitabxananın rəhbərliyinə minnətdarlığını bildirib: “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin qədim əlyazmalarının Çexiya Milli Kitabxanasında qorunub saxlanılması fərəhli hadisədir. Çox istərdik ki, bu kitabxanada Azərbaycan ədəbiyyatının zəngin söz xəzinəsindən digər ədiblərin əsərlərinə də yer ayrılsın. Həmçinin bizi bu qədim kitabxananın arxivində saxlanan xəritələr və atlaslar da maraqlandırır. Biz, Azərbaycan həqiqətini, dünya kitabxanalarında saxlanan, ölkəmizin qədim ərazilərinin fiksə edildiyi xəritə və atlasları dünya ictimaiyyətinə çatdırmaq istiqamətində iş aparırıq. Ümid edirəm ki, sizin bu qədim kitabxana ilə də, qeyd olunan istiqamətdə faydalı işlər görə biləcəyik”.

# 2366 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər