Həmidə xanım Mirzə Cəlillə tanışlığından yazır: "240 manata..."

Həmidə xanım Mirzə Cəlillə tanışlığından yazır: "240 manata..."
26 iyul 2019
# 17:33

Kulis.az Həmidə xanım Cavanşirin "Xatirələrim" kitabından bir hissəni təqdim edir.

Sentyabrın sonlarında qızım Minanı Tiflis qızlar institutuna apardım. O, bu institutun pansioneri idi. Biz Tiflisdə İsa sultan Şahtaxtlının dul zövcəsi, təhsilli müsəlman qadın, mənim rəfiqəm Sofiya xanım Şahtaxtlının evində yerləşmişdik.

Onların qızları Leyla xanım 1904 cü ildə İsveçrəyə Lozannaya həkim olmaq üçün təhsil almağa getmiş, 4 ildən sonra orada vəfat etmişdi.

Sofiya xanım Krasnaqorsk küçəsində 29 saylı evdə yaşayırdı. Mərhum atam Əhməd bəy Cavanşirin türkcə əsərləri, Jukovskidən, Lermantovdan tərcümələri var idi. O, Ölümündən qabaq mənə vəsiyyət etmişdi ki, bu şeirləri uşaqların oxuması üçün çap etdirim. Bu əsərlər senzuradan keçmiş, amma atamın nəşrə vəsaiti olmadığından arxivdə qalmışdı.

Dostlarım məsləhət gördülər ki, “Qeyrət” mətbəəsinin yiyəsi Mirzə Cəlil Məmmədquluzadəyə müraciət edim. Mən bu fikirlərimi Sofiya xanıma dedim. O kitabın nəşri barədə söhbət etmək üçün Mirzə Cəlili evinə dəvət etdi. Mirzə Cəlil də Krasnaqorsk küçəsində yaşayırdı, evində pansion saxlayırdı.

Oktyabrın 13-də axşamçağı Mirzə Cəlil dostu həmkarı Ömər Faiq əfəndi Nemanzadə ilə birlikdə gəldi. Mirzə Cəlil arıq, bəstədən bir azca hündür boylu idi. Səliqə ilə geyinmişdi. əynində nişastalı yaxalıq, köbəli mahud surtuk vardı. O, hədsiz ciddi idi, üzü heç vaxt gülmürdü, sanki çiyinlərində qəm yükü vardı. Həmin 1905-ci ildə Mirzə Cəlil həm atasını, həm anasını itirmişdi. Bu hadisədən bir ay qabaq isə yaxın dostu və qaynı – mərhum həyat yoldaşı Nazlı xanımın qardaşı Məhəmməd bəy Kəngərli bir qatilin əli ilə faciəli şəkildə qətlə yetirilmişdi.

Mirzə Cəlilin dostu şair Faiq əfəndi isə, əksinə, çox canlı və söhbətcil adam idi. Yeri gəlmişkən deyim ki, bu görüşümüzdə Faiq əfəndi bu yaxınlarda Naxalovkada böyük mitinqdə iştirak etdiklərindən və həmin mitinqdə müsəlman icması adından çıxış etdiklərindən də söhbət açdı.

Mən Mirzə Cəlilə atamın əlyazmalarını verdim və xahiş elədim ki, onları çap etsin. O, əlyazmalara baxıb bəyəndi və nəşr etməyə söz verərək mənə bu barədə müqavilə sənədi ( həmin sənəd indiyə kimi məndə qalır) verdi. Kitabın min nüsxəsinin 240 manata çap etdirilməsinə razılaşdıq.

Söhbətimiz uzandı, inqilabdan, erməni-müsəlman toqquşmasından, xalqımızın geridə qalmasından, müsəlman qadınlarının acınacaqlı taleyindən danışdıq. Mirzə Cəlil az danışırdı. Ancaq arada uzun-uzadı suallar verirdi. Söhbət Mirzə Cəlilin də üzv olduğu və katib kimi çalışdığı Müsəlman Xeyriyyə Cəmiyyətindən düşəndə o, bizdən soruşdu: “Niyə, siz, ziyalı müsəlman qadınları birləşib özünüzün xeyriyyə cəmiyyətinizi yaratmırsınız?” Bu fikir xoşumuza gəldi və təcili olaraq, onu həyata keçirmək qərarına gəldik. (Bu cəmiyyət 1917-ci ilə kimi fəaliyyət göstərdi. Mən hər iki cəmiyyətin – Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətinin və Tiflis Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinin nizamnamələri saxlanmaqdır).

# 5099 dəfə oxunub

Oxşar xəbərlər

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər