Sekssiz nikah axtaranlar ARAŞDIRMA

Sekssiz nikah axtaranlar <span style="color:red;">ARAŞDIRMA
30 yanvar 2015
# 15:30

Jurnalist Set Stivens Davidovis cütlüklərin seskual münasibətləri sahəsində yeni araşdırma aparıb.

Nəticələr bu günlərdə “The New York Times” qəzetində dərc olunub.

Kulis.Az-ın məlumatına görə jurnalist araşdırmanı Google axtarış sistemində daha çox axtarışa verilən sorğuların statistik məlumatlarına əsasən aparıb.

Məlum olub ki, ərlər və arvadlar internetdə ən çox “sekssiz nikahlar” haqda məlumat axtarır.

Statistikaya görə, dünyada hər gün orta hesabla 21090 adam internet vasitəsilə evlilikdə seksual həyatın olmaması probleminə çarə tapmaq istəyir.

Google-da bu sorğu gün ərzində dörd dəfədən çox axtarışa verilir.

“Bədbəxt nikah” sorğusu ikinci, “sevgisiz nikah” isə üçüncü yerdədir.

Nəticələr göstərir ki, cütlüklərin portnyorları ilə iradələri xaricində intim əlaqəyə girməsi probleminə daha çox rast gəlinir, nəinki şifahi ünsiyyətin olmamasına.

Evli olmayan cütlüklər isə partnyorları ilə ünsiyyət çətinliyindən daha çox narahatdırlar. Subaylar internetdə ən çox münasibətlərdə hərarətin olması ilə bağlı məsləhət axtarır.

Nikahsız yaşayanlar arasında ikinci problem seksin yoxluğu, üçüncü məsələ isə mürəkkəb münasibətərdir.

# 3960 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər