Nə bəxtəvər kədəri vardı insanların... – Səfa Rəşidin şeirləri

Nə bəxtəvər kədəri vardı insanların... – Səfa Rəşidin şeirləri
24 iyul 2019
# 17:30

Kulis.az Səfa Rəşidin şeirlərini təqdim edir.

Marisol, saçlarının ağında işıqlanır hər açdığın sabahlar...
Dünənin bu gününə əlvida kimidi.
Biz sovet adamları elə ola bilmirik, senyorina,
Bizim qapımızın zəngi çalınanda həyəcandan ayaq üstə ölənlərimiz olur.

Senyorina, bilirsən ?!
insan var, həm günəşi sevir, həm də yağışı,
Adam da var göz yaşlarında yaşamağı sevir...
və bir də yağışı sevənlər günəşi heç vaxt yağış qədər sevmir...

Bütün şəhərlər doğma olur zamanla,
Bütün insanlar ögey olur sevənə qədər.
Bütün şəhərlər yaddaşında saxlayır doğmalarını,
Bütün ögeylər unudur tanıdıqlarını...

Mən də bir şəhər buraxdım arxamca doğmalarla dolu,
Sonra ögey şəhərlərdə doğmalaşmağa adam gəzdim.
Bütün çəpərlər bölgülərdə kiçik xəritələr yaratdı,
Amma bütün xəritələr bir dünya xəritəsiymiş sən demə.
" Şəxsən özünə çatacaq" yazdığımız məktublar,
əldən ələ keçərək sahibinə yetişirdi.
İndi nə quş lələyi var ,nə də ki,
möhtəşəmlik yaradan mürəkkəblə yazılan məktublar...
Sən də məni qınama bu uzaqlıqda...
Bir az xoşbəxtlik gətir səhər yeməyimə.
Bir cüt təsəlli və bir ürək şəkli!

***

Bir şeir yazım sənə qıvrımsaç qız,
Bir öpüş olum saçlarının ucunda.
Ağ çiynindən tökülən dəniz dalğası saçların üzümə toxunsun,
kirpiklərin qayçı kimi kəssin baxışlarımı...
Oda salsın gözlərinin qarası...
Bir də, yağışlı havalarda çətir tutma nə olar.
Bu yağışlar mən rəssamın fırçası.

***

Pəncərəsi qırıq, yaxası dar ömrüm
Sıxılır boğazı dar ağacından
Nəfəsim aynalarda yox olur,
Ruhum canını tapşırır son yarpaqlarda...
Hər şeyə son verir içimin arzuları,
Rahat yol keçidində çırpılır asfalt döşəmələrə.
Qanımı içib doymayan sevgi
Qəbiristan yolunun on addımlığında ölür
Çiçək - çiçək buketlər yığılır sifarişlə.

***

Babalarımız paslı xəncərlərdən ölməyi,
güllə yarasından ölməkdən şərəfli sanardı.
Ölməyin şərəflisi olur, öldürülməyin yox,
Əgər sonunda Tanrıya qovuşmaq varsa,
Əzəmətli görünürsən Adəm övladı.
Bir yolluq seçimini et, azad rahat yaşamağı seç!
Çəpərlənmiş dünya xəritəsini
ayaqyalın gəzirdik bir vaxtlar.
Sonra şəkilli pasportumuzla
gömrük mayorunun sərt baxışında möhürlənməyə başladı hər addımımız.
Ey, Allahın azad bəndəsi, indi qəfəs halına şükür et,
dualarını mələklərə eşitdir..

***

Hər şey yalqızlığımla başladı və bitdi...
O gün kəpənəklər də yağmurda qanadlarını itirdi.
Torpaq suyunu kəsdi çox sonralar hər şeydən,
Çəmənliklərin sinəsinə sarılıq xəstəliyi daraşdı...

Sənin məktəbli çantanda qaldı mənim cızdığım ürək şəkli,
Nə sən ona adını yazdın, nə də mən yiyə dura bilmədim sonuna qədər.

Başım tətillərə qarışdı xəyallarımda,
Dünyanın ən uca zirvələrində şəkillər çəkdirdim səninlə.
Tez böyüdük...

Surət qatarlarında qəzadan sağ çıxdım
və bir gün təyyarə qəzasında sol qanadından qırıldım.
Pasportum gödəkcəmin cibində sənin şəklinlə açıldı,
Qəzetlərin ilk səhifəsində yayımlandı fotolarımız.
Nə bəxtəvər kədəri vardı insanların...
və biz belə xoşbəxt ola bildik...

Görüntünün olası içeriği: 1 kişi, açık hava ve doğa

# 3098 dəfə oxunub

Oxşar xəbərlər

1100 sevgi məktubu yazsalar da, heç vaxt görüşmədilər – Çaykovskinin həyatındakı sirli qadın kim idi?

1100 sevgi məktubu yazsalar da, heç vaxt görüşmədilər – Çaykovskinin həyatındakı sirli qadın kim idi?

11:00 7 may 2026
İsrafil İsrafilovun yeni kitabı təqdim olundu

İsrafil İsrafilovun yeni kitabı təqdim olundu

10:25 7 may 2026
Bu gün Radio Günüdür

Bu gün Radio Günüdür

10:09 7 may 2026
"Xəzər" jurnalının builki ilk sayı çap olundu

"Xəzər" jurnalının builki ilk sayı çap olundu

16:20 6 may 2026
Janna Friskenin məzarında qəribə hadisə - Mərhum müğənninin şəkli zərər gördü

Janna Friskenin məzarında qəribə hadisə - Mərhum müğənninin şəkli zərər gördü

14:22 6 may 2026
İran  Venesiya Biennalesində iştirakdan imtina etdi

İran Venesiya Biennalesində iştirakdan imtina etdi

14:20 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər