Özünü axsaq itə bənzədən məşhur yazıçımız – Maraqlı Faktlar

Özünü axsaq itə bənzədən məşhur yazıçımız – Maraqlı Faktlar
21 iyun 2019
# 11:26

Kulis.az nasir kimi tanınan, ancaq şeir də yazan tanınmış yazıçılarımızı təqdim edir.

İsa Muğanna

Image result for isa muğanna

Ard-arda romanları çap olunurdu. Və bir gün qəfil silsilə şeirləri çıxdı. Ancaq romanları qədər uğur qazanmadı.

Vidadi Babanlı

Image result for vidadi babanlı

Şeirlə başlayıb yaradıcılığa. Sonra nəsr əsərləri yazdı və nasir kimi məşhurlaşdı. Yaşlı vaxtlarında qəflətən şeirə qayıtdı. Hətta şeirlər kitabı da nəşr olundu.

Əlibala Hacızadə

Image result for əlibala hacızadə

Romanlarının içində şeirlər yazırdı. Əsasən, obrazlarının dili ilə. Sonra məlum oldu ki, özü də altdan-altdan yazır. Axırı ayrıca şeirlər kitabı nəşr olundu.

Anar

Related image

Nəsrlə başlayıb yaradıcılığa. Yaşlı vaxtlarında gözlənilmədən şeirə başladı. Sərbəst də, heca da vardı o şeirlərin içində, hətta qəzəl də. Şeirlər az keçməmiş kitab oldu.

Əkrəm Əylisli

Image result for əkrəm əylisli

Gəncliyində şeirlər yazıb. Sonradan şeirlərindəki poetiklik nəsrə ötürüldü. Ancaq arada yenə şeir yazır. Ancaq ironik, parodiya kimi. Məmməd Arazın Musa Yaquba yazdığı “Şair qayalara, daşlara söykən” şeirinə belə bir parodiyası məşhurdur: “Şair, partiyaya, vətənə söykən!”

Vaqif Nəsib

Related image

O da şeirlə başlayıb yaradıcılığa. Sonra bir hekayə yazdı və ondan sonra nəsrə keçid elədi. Amma arada yenə şeirlər yazır... Yaşlı vaxtlarında axsayan itə yazdığı şeir lap məşhur oldu. Tanıyanlar bilir ki, Vaqif müəllim özü də axsayır. O, şeirdə özünü axsayan itə bənzədərək qeyri-adi gediş etmiş, çoxunun aşağı nəzərlərlə baxdığı axsaq itə belə bütün canlılar kimi əsl şair sevgisi göstərmişdi.

Seyran Səxavət

Image result for seyran səxavət

Şair kimi tanınıb əvvəl, sonralar nəsrə keçid eləyib. Onun bu misralrı hələ də dillər əzbəridir:

Sıxma ürəyimi ürək cəhənnəm

Axı sən ordasan, sən sıxılarsan

Kamal Abdulla

Related image

Alimlikdən əlavə gəncliyində şeirləri ilə tanınıb, qəbul olunub. Şeir kitabları çıxıb. Sonra hekayələri, romanları çap olundu, yazıçı kimi daha çox tanındı. Onun məşhur romanlarından birinin adı öz şeirinin misrasıdır: “Unutmağa kimsə yox”.

Aqil Abbas

Image result for aqil abbas

Gəncliyində bir neçə şeir yazıb. Daha doğrusu, özünün dediyinə görə, şeirləri bədahətən deyirmiş, dostları onu kağıza köçürüb çap edirmiş.

Rafiq Tağı

Image result for rafiq tağı

Moskvada oxuduğu illərdə - tələbəlik vaxtı “Ekstremal şeirlər” adlı silsilə yazdı və nəsr kitablarında çap olundu.

Pərviz Cəbrayıl

Image result for pərviz cəbrayıl

Özünəməxsus tərzdə şeirləri ilə diqqəti çəkdi. Daha sonra romanlar yazdı və daha çox nasir kimi tanındı.

Seymur Baycan

Image result for seymur baycan

Zarafata şeirlər yazıb. Məşhur şairlərimizə parodiyaları var. Hərdən öz həmkarlarına da şeir yazmağı təklif edir.

Nərmin Kamal

Image result for nərmin kamal

İlk dövrlər şeirləri ilə tanınırdı. Elə indi də hərdən onun şeirlər yada düşür. Məsələn, “Allahı bağışlama” şeiri. Sonralar nəsrə keçdi.

Kəramət Böyükçöl

Image result for kəramət böyükçöl

Yaradıcılığa şeirlə başlayıb. İlk kitabı şeirlər kitabı olub. Hətta ədəbi mühitdən kənar məşhurluğu da daha çox Elgizin verilişində dediyi açıq-saçıq şeirə görədir. Şeirlərdən sonra hekayələri, hekayətləri və iki romanı çap olunub.

# 2575 dəfə oxunub

Oxşar xəbərlər

Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
# # #