Kulisin redaktoru qalib oldu - “Qızıl Kəlmə”

Kulisin redaktoru qalib oldu - <span style="color:red;">“Qızıl Kəlmə”
13 may 2019
# 15:02

“Qızıl Kəlmə” Ədəbi Mükafatının 2019-cu il üzrə qalibləri müəyyən edilib.

Kulis.az xəbər verir ki, mükafata əsərlərin qəbulu 2018-cı ilin avqust ayında başlanıb və cari ilin 29 mart tarixində başa çatıb.

Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, fil.e.d., professor Nizaməddin Şəmsizadə, fil.e.d., professor Telman Cəfərov, fil. e. d. Vaqif Yusifli, fil. ü. f. d., “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, fil.ü.f.d. Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra Komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri aşağıdakı kimi müəyyən edilib:

Nəsr nominasiyası üzrə

Şərif Ağayar. “Arzulardan sonrakı şəhər” kitabı

Mübariz Örən. “Balıq gülüşü” kitabı

Poeziya nominasiyası üzrə

Salam Sarvan. “Heykəl tənhalığı” kitabı

Vaqif Bəhmənli. “Qansız savaş” kitabı

İbrahim İlyaslı. “Şair olmaq zülümdü” kitabı

Ədəbi tənqid və publisistika nominasiyası üzrə

Yaqub Babayev. “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı

Abid Tahirli. “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı

Orijinaldan bədii tərcümə nominasiyası üzrə

Vilayət Hacıyev. Haynrix Böllün “Kişisiz ev” romanı

Seyfəddin Hüseynli. Culian Barnsın “Aqibət duyğusu” romanı

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə

Reyhan Yusifqızı. “Dostum Mimi” kitabı

Solmaz Amanova. “İlmənin macəraları” kitabı

Rafiq Yusifoğlu. “Nağıl qapısı” kitabı

“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü

Şahanə Müşfiq. “Şahanənin nağılı” kitabı

Sadıq Qarayev. “Sahibsiz kölgələr” kitabı

Mükafatın təqdimatı 17 may 2019-cu il tarixində, saat 15-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.

# 3964 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər