Əlil yazarın kitab təqdimatı oldu - FOTOLAR

Əlil yazarın kitab təqdimatı oldu - FOTOLAR
21 iyun 2017
# 17:47

“Cəmiyyətin əlillərə inteqrasiyası” Adətən başqa söz düzülüşündə eşitməyə alışdığımız bu ifadə əlilliyi olan yazar Samir İmanovun bu gün təqdimatı keçirilən “Özünlə fəxr et” kitabında bir bölmənin başlığıdır.

Bu kitabla, təqdimat mərasimi ilə əlilliyi olan insanlar və cəmiyyət mövzusu bir daha gündəmə gəldi.

Azərkitab Kitab Təbliğatı Mərkəzində millət vəkili Adil Əliyevin təşkilatçılığı ilə baş tutan kitab təqdimatında ziyalılar, ictimai xadimlər, jurnalistlər, yazarlar iştirak edirdi.

“Alatoran” nəşriyyatında çap olunan kitab əlilliklə bağlı müxtəlif sahələri əhatə edən şeir, hekayət və məqalələr toplusudur.

“Özünlə fəxr et” müəllifin üçüncü kitabıdır. Samir İmanovun ilk kitabı “Hədəfdəki insan” romanıdır. Roman da əlil insandan bəhs edir. Samir İmanov əlil mövzusunda silsilə kitablar yazan ilk müəllifdir. Buna həm də təəssüf edir:

“Əsas məqsəd əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək, mövcud problemləri qabardaraq həllinə müəyyən şəkildə nail olmaq və əlliliyi olan insanları cəmiyyətə düzgün təqdim etməkdir. “Özünlə fəxr et” mənim devizimdir. İnsan boyundan, çəkisindən, fiziki ölçülərindən asılı olmayaraq özü ilə fəxr etməli, iftixar duymalıdır. Özü özünə hörmət etməlidir. Müxtəlif faktlarla zənginləşdirilmiş kitab həm də qeyri-əlil insanlara ünvanlanıb. Mən tədbirin təşkilatçısı dəyərli millət vəkilimiz Adil müəllimə dərin təşəkkürümü bildirirəm ki, o, bizim yanımızdadır.”

Millət vəkili Adil Əliyev isə bu mövzunun cəmiyyətin hər bir üzvü üçün prioritet mövzu olduğunu söylədi:

“Bu tək fərdi insanların yox, dövlətin prioritet məsələlərindəndir. Vətəndaşlarımız da, dövlətimiz də əlilliyi olan insanların yanında olduqlarını bu cür əməllərlə bildirirlər. Baxın, biz üçüncü mərtəbəyə qalxıb belə tədbir edirik, halbuki lift yoxdur, xüsusi panduslar yoxdur. Amma istək var, güc var. Biz əlilliyi olan insanlar diqqət və qayğını bir gün yox və ya beynəlxalq əlillər günü yox, hər gün göstərməliyik. Bu davamlı olmalıdır: həyat var, problem də var. Problem var, onun həlli də var”.

Millət vəkili Adil Əliyev həmçinin mütaliənin əhəmiyyətindən, kitabın fərdin və cəmiyyətin inkişafında rolundan danışdı:

“Bu gün bizim gözəl yazarlarımız yetişib ki, artıq keyfiyyətli mətn oxumaq üçün rus dilinə ehtiyac duymadan onları oxuyuruq”

Samir İmanovun yaradıcılığına dəstək olmaq üçün dostlarına səslənən millət vəkili müəlliflə, qonaqlarla xatirə şəkilləri çəkdirdi.

Samir İmanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 1-ci qrup əlildir və serebral iflic və hemofiliya xəstəliklərindən əziyyət çəkir. Samir İmanov əlillik faktoru üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarında çalışıb. Əlilliyi olan insanlara qarşı etiket qaydalarından bəhs edən qısa filmin ssenari müəllifidir. Fiziki məhdudiyyətli insanlar üçün yaradılmış www.qartal.org saytının rəhbəridir.

# 3217 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər