Şəlalə saçların, tər sinən... – YENİ ŞEİR

Şəlalə saçların, tər sinən... – YENİ ŞEİR
11 avqust 2016
# 13:39

Nazim Əhmədli

daha yorulmuşam, bəsdi danışdım,

nə başım işləyir, nə çənəm daha;

soyuqdu, ovcuma qoy əllərini,

bəlkə bir azacıq isinəm daha;

üzülüb dağlar da, ahından düşüb,

dünya aralanıb oxundan, düşüb;

dəli-doluluğum tağından düşüb,

sən mənə deməzsən bir dənəm, daha;

gətirin, tez tutum xonça buluddan,

göndərim dağlara boğça buluddan;

başıma qar yağıb ağca buluddan,

gedib yuxumdan da o sənəm, daha;

bu eşqə nə naxış, nə ilmə düşmür,

könlüm hər istəyin felinə düşmür;

elə axtarıram əlimə düşmür,

şəlalə saçların, tər sinən daha.

bir aldın canımı, bir də al, görüm,

çəkib kəməndinə bir də sal, görüm;

gözümün önündə bir xəyal görüm,

nə ruham, nə də ki, bədənəm daha;

yüz il papağımı günə vermişəm,

ömrümü dumana, çənə vermişəm;

indi söz deməyi sənə vermişəm,

mənə nə deyirsən, sən denən daha.

# 3349 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi qorxu filmi ekranlara qayıdır - On birinci dəfə

Əfsanəvi qorxu filmi ekranlara qayıdır - On birinci dəfə

16:37 28 noyabr 2026
Türkiyəli məşhurların narkotik testlərinin nəticəsi açıqlandı

Türkiyəli məşhurların narkotik testlərinin nəticəsi açıqlandı

16:17 28 noyabr 2026
İnsanları üzbəüz ünsiyyətə təşviq edən sərgi - Stolüstü tennis oynayaraq

İnsanları üzbəüz ünsiyyətə təşviq edən sərgi - Stolüstü tennis oynayaraq

15:34 28 noyabr 2026
Zəlzələdən sonra Hatayda mədəni irsin bərpası - 20 abidənin açılışı oldu

Zəlzələdən sonra Hatayda mədəni irsin bərpası - 20 abidənin açılışı oldu

14:21 28 noyabr 2026
“Avatar” seriyasının növbəti iki filminin nümayiş tarixləri bəlli oldu

“Avatar” seriyasının növbəti iki filminin nümayiş tarixləri bəlli oldu

13:21 28 noyabr 2026
55-ci İstanbul Musiqi Festivalının proqramı açıqlandı

55-ci İstanbul Musiqi Festivalının proqramı açıqlandı

12:21 28 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər