Uşaq Musiqi məktəbində Əhməd Bakıxanovun yubileyi keçirilib

Uşaq Musiqi məktəbində Əhməd Bakıxanovun yubileyi keçirilib
27 dekabr 2017
# 12:55



Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi məktəbi Əhməd Bakıxanovun 125 illik yubileyi münasibəti ilə konsert keçirib. Kulis.azın məlumatına gör məktəbdə bütün əlamətdar günlər, o cümlədən musiqiçilərin və tanınmış bəstəkarların yubileyləri, dövlət bayramları, anım günləri davamlı olaraq qeyd olunur, musiqi həftələri keçirilir.

Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi məktəbinin fəaliyyəti 1937-ci ildən başlayıb. Bakı şəhər İcra hakimiyyətinin İdarə Arxivindən verilən məlumata görə, məktəb 1937-ci ildə 1939-cu ilə kimi Dənizçilər klubunun nəzdində Azərbaycan SSRİ Komissarlığı Sovet yanında İncəsənət İşləri üzrə İdarənin nəzdindəki Musiqi Birliyinin tərkibində olmuş, 1939-cu ildən 1940-cı ilə kimi Dənizçilər klubunun nəzdindəki Bakı şəhər Xalq Təhsili Musiqi Məktəbləri Birliyinin nəzdində hesab edilib. 1940-cı ildən 6 nömrəli Uşaq Musiqi məktəbi Bakı şəhər İcra hakimiyyətinin tərkibindədir.

Musiqi məktəbinin yerləşdiyi bina XX əsrin əvvəllərində "İslamiyyə" adlı mehmanxana olub. Ü.Hacıbəylinin ev muzeyindən alınmış sənədə əsasən, dahi bəstəkar bir müddət burada yaşayıb-yaradıb. Şərqin ilk operası olan "Leyli və Məcnun"u məhz bu binada yazılıb, bu evdə əsərin səhnə quruluşunun hazırlayıb.

1992-ci ilin 7 sentyabrında 6 nömrəli Uşaq Musiqi məktəbinə xalq artisti, görkəmli tarzən, pedaqoq Əhməd Ağa Məmməd Rza oğlu Bakıxanovun adı verilib.

2014-cü ildən məktəbə Almaz Əhmədova rəhbərlik edir.

Tədris prosesinin və müəllimlərinin yüksək professional səviyyəsi ilə seçilən musiqi məktəblərindən biri də Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbidir. Burada fortepiano, skripka, qoboy, fleyta, klarnet, gitara, tar, kamança, qanun, nağara, qarmon, xanəndə, vokal ixtisasları tədris olunur. Uşağın musiqi zövqünün formalaşmasında, yetişməsində musiqi müəllimlərinin üzərinə ciddi məsuliyyət düşür. Bu məsuliyyətli işi məktəbin təcrübəli, savadlı müəllimləri Lalə Useynova, Tamilla Kazımova, Bahar Daşdəmirova, Çingiz Absəlimov, Əliağa Əliyev, Firuzə Əliyeva, Zöhrə Haşımova, Nigar Babayeva, Raminə Ağayeva, Leylüfər Rzayeva-Sarabskaya, əməkdar artist Səlim Abbasov, tədris işləri üzrə direktor müavini İlahə Ağayeva və onlarla birgə çalışan gənc kollektiv layiqincə öhdəsindən gəlirlər. Məktəbin yetirmələri respublikada keçirilən müsabiqələrdə aparıcı yerləri tutaraq laureat və diplomant fəxri adlarına layiq görülürlər.

Məktəbin müəlliməsi İradə Haşımovanın hazırlaşdırdığı məktəbin xor kollektivi və Leylüfər Rzayeva-Sarabskayanın rəhbərlik etdiyi, Mənsurə Məmmədzadənin də təmsil olunduğu skripka kollektivi uğurlu çıxış edib.


Məktəbin bir çox müəllimləri Respublika Həmkarlar Təşkilatı və Mədəniyyət və Turizm İdarəsinin diplom və fəxri fərmanlarına layiq görülüblər.

# 3088 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər