Bu 10 tikilinin sirri hələ də açılmayıb - FOTOLAR

Bu 10 tikilinin sirri hələ də açılmayıb - <span style="color:red;">FOTOLAR
17 noyabr 2017
# 21:00

Sirri hələ də açılmayan 10 tikili

Dünyada elə qəribə yerlər var ki, texnologiyanın inkişaf etdiyi müasir dünyada belə ona izah tapmaq çətindir. Yüzilliklər əvvəl günümüzdə inşaatın ən yaxşı avadanlıqlarının belə gücü yetməyən nəhəng tikililərin necə yaradıldığı hələ də sirr olaraq qalır.

Kulis.az alimlərin izahını verməkdə çətinlik çəkdiyi o yerləri sizə təqdim edir.

Stounhenc (İngiltərə)

Yüz kilometrlərlə aralıdakı karxanadan bu ağır qayaların bura necə gətirildiyi və quraşdırıldığı məlum deyil.

Əfasanəyə görə bu nəhəng daşlar kompleksi sehrbaz Merlin tərəfindən yaradılıb. Lakin onun nə ilə tikildiyi bəlli deyil. Buranın sığınacaq və gözləmə evi kimi istifadə olunduğu təxmin edilir.

Картинки по запросу Stounhenc

Bəəlbək (Livan)

Bu məbəd kompleksi bir şəhərin qalıqlarındandır. Təxminən min ton ağırlığında daş blokları daşıyıb bu məbədi necə tikiblər? Alimlər bu suala cavab tapa bilmir.

Romalıların o dövrdə belə bir texnologiyası yox idi.

Картинки по запросу баальбек

Похожее изображение

Nyuqrenc (Irlandiya)

Alimlər İrlandiyadakı bu tikilini 300 il əvvəl araşdırmağa başlayıb. Qazıntılar nəticəsində bunun bir məzar olduğu ortaya çıxıb. Gün boyunca Nyuqrenci ziyarət edənlər astronomik fenomenin şahidi olur. Günəş dolandıqca bir işıq yavaş-yavaş otağı doldurur. Mövhümatçı irlandlılar buranın elflər və pərilər tərəfindən tikildiyinə inanır.

Картинки по запросу newgrange

Картинки по запросу newgrange

Şimali Qafqaz dağları (Rusiya)

Dağ yamaclarında plitələrinin ağırlığı tonları keçən daşlardan tikilmiş evlər tapılıb. Bu tikilinin tarixi 5 mini keçir. Plitələr o qədər dəqiq yerləşdirilib ki, aralarından bıçaq keçirmək belə mümkün deyil.

Похожее изображение

Картинки по запросу north caucasus mountains buildings

Tikal (Qvatamela)

Tikal ən böyük Mayya məbədlərindən biridir. Yaşıl meşənin içində gizlənmiş bu kompleksin içində top oyunu meydançaları və saraylar var. Bu tikililərin nə işə yaradığı haqda bir çox nəzəriyyə var. O dövrdə belə bir tikilinin necə inşa olunması isə sual olaraq qalır.

Картинки по запросу Tikal

Bolşoy Zayatski adasındakı daş labirintlər (Rusiya)

Adadakı spiral şəkilli labirintlərə yerlilər Babil deyir. Bəzi alimlər bunun balıqlar üçün tələ, bəziləri isə əyləncə məqsədilə düzəldildiyini söyləyir. Çoxları isə buranın ruh dünyası ilə gerçək dünya arasındakı ritual məkanlardan olması qənaətindədir.

Похожее изображение

Petra (İordaniya)

Petra dəniz səviyyəsindən 900 metr yüksəklidə, qayalıqlarda inşa edilib. Məbəd, ya türbə olduğu ehtimal edilir. Oymaların dəzgah qurmadan necə işlənməsi açılmayan sirdir.

Картинки по запросу петра

Похожее изображение

Daş kürələr (Kosta Rika)

Sakit okean sahillərində tapılan bu kürələr vandalizmin qurbanı olub. Onları tapan işçilər kürələrin içində qızıl olduğunu düşünüb. Çoxu parçalanmış daşlardan salamat qalanları şəhər parklarında turistlərin diqqətini çəkmək üçün yerləşdirilib.

Картинки по запросу taş küreler

Bu kürələrin niyə düzəldildiyi, nəyi təmsil etdiyi bəlli deyil.

Похожее изображение

Terrakota ordusu (Çin)

Sin Şi Xuanğın məzarında 8 mindən artıq çin döyüşçüsü və atlarının heykəli tapılıb. Ənənədən kənar olaraq ordu əsgərləri heykəlləri vali ilə birlikdə torpağa basdırılıb.

Картинки по запросу терракота армия

E.ə. 200-cü illərdə əl əməyi ilə işlənmiş heykəllər ən kiçik detallarına qədər işlənib və hər heykəlin üzü digərindən fəralənir.

Картинки по запросу терракота армия

Pasxa adası heykəlləri ( Çili)

Sakit okean sahillərində tapılan bu heykəllərin başqa yerdən gətirildiyinə aid dəlillər var. Kölə ticarəti üzündən bu heykəllərin haradan və niyə gətirildiyini anladacaq bir yerli belə qalmamışdır.

Похожее изображение

Похожее изображение

# 2529 dəfə oxunub

Oxşar xəbərlər

Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək

Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək

18:04 12 fevral 2026
“Yeni ədəbiyyatı tanıyaq” layihəsində “Rəng mühəndisi”  romanı müzakirə ediləcək

“Yeni ədəbiyyatı tanıyaq” layihəsində “Rəng mühəndisi” romanı müzakirə ediləcək

17:25 12 fevral 2026
Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

17:10 12 fevral 2026
Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi - Foto

Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi - Foto

16:06 12 fevral 2026
Enes Batur saxlanıldı

Enes Batur saxlanıldı

15:30 12 fevral 2026
"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

14:50 12 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər