Barışmaq istəyən sevgililərə 10 MƏSLƏHƏT

Barışmaq istəyən sevgililərə <span style="color:red;">10 MƏSLƏHƏT
14 dekabr 2016
# 08:30

Kulis.Az barışmaq istəyən sevgililərə 10 məsləhəti təqdim edir.

1. Ortaq mahnılar paylaşmaq – Birlikdə dinlədiyiniz və bir-birinizə göndərdiyiniz mahnılardan söhbət gedir. Ayrıldığınız adam sizi hələ də izləyir və xatirələrin də plana düşüb-düşmədiyini öyrənmək istəyir. Ona görə də Sezen Aksuya can qurban! Paylaşın getsin. Ancaq burda vacib bir məqam da var. Sevgiliniz sizi kədərli görmək istəməyə də bilər. Oynaq mahnı da paylaşa bilməyəcəksiniz. Ən yaxşısı klassik musiqidir.

Image result for sevgililər

2. “Təsadüfi” görüş – Bıyy! Məhəllələrinin yanından keçirdiniz, ya da işlədiyi yerin yanında dönər yeyirdiniz. Heç xəbəriniz olmayıb buralara necə gəlib çıxmısınız. Guya burda verilən dönərdən xoşunuz gəlir. Ya da bu məhəllədəki evlər ovqatınıza yaxşı təsir edir. Amandır, onu görmək istədiyinizi bəlli etməyin, özünüzü tox tutun. Gözlərinə baxmasanız kifayətdir. Bir də gülümsəməyə çalışın.

Image result for sevgililər

3. Ortaq dostların yanında ondan söz salmaq – Maraqlı xatirələrinizdən danışın. Məsələn, onu ilk dəfə öpəndə yanaqlarının qızarmasından, ya da küləyi bəhanə edib qucaqlaşmağınızdan. Kədərli görünməyiniz əhvalatın dozasını qaldıracaq. Axşam o dostlardan birinin ürəyi yumşalıb sevgilinizə “Qayıt, sahmana sal bu kainatı” deyə bir mesaj yaza bilər.

Image result for sevgililər

4. Kədərli statuslar yazmaq – Mümkün qədər çox yazın, layka fikir verməyin. Şərhlərdə hamı sizinlə maraqlanacaq: “Bəlkə barışdınız”, “Bir az zaman keçməlidir” kimi rəylərlə dəstək olanlar nə çox. Ona görə də dayanmayın, kədərdən döşəyin getsin. Nə vaxtsa belə bir mesaj ala bilərsiniz: “Nəsə yazmaq istədim sənə. Necəsən?” Bir sözlə, Allah kədərinizi bol eləsin!

Image result for sevgililər

5. Qəribə sürprizlər – Hə, gəldik əsas məsələyə. Gül alıb qəfil qarşısına çıxa bilərsiniz. Ya da işlədiyi yerin yanında saatlarla gözləmək də olar. Pəncərəsini açıb həyətə baxanda sizin asfalta yazdığınız “Səni sevirəm” sözünü görsə necə xoşbəxt olar. Ancaq çox da ağını çıxarmayın. Bəlkə də sevgiliniz bütün bunları şit hərəkət hesab edir.

Image result for sevgililər

6. Bərabər getdiyiniz kafeyə gedib tək şəklinizi sosial şəbəkədə paylaşmaq – Bəlkə də ən vacibi budur. Hədəfi tən ortadan vurmaq. Ürəyinin sarı siminə toxunub bir sevgi havası çalın. Təksiniz, heç kiminiz yoxdur. Ondan əvvəl də heç kim olmayın həyatınızda, sonra da olmayacaq. Yalnız o sizi xilas edə bilər. Mesaj da var, kafe də. Bircə qalır kafeyə getmək üçün pul tapmaq.

Image result for sevgililər

7. Əşyaları geri istəmək – Ayrılanda da mərd ayrılanlardansınız. Və Freydin “xatirələr əzab verir” cümləsini əlinizdə bayraq etmisiniz. Əşyalar da insanlar kimidir. Əşyaların da canı var. Onda qalan əşyalarınızın həyatınızda önəmli rolu var. Bəlkə o əşyalar yanınızda olsa bu qədər əzab çəkməzsiniz. Mütləq geri qaytarmalıdır. Təbii ki, əsəbləşib zibil yeşiyinə atmayıbsa...

Image result for sevgililər

8. Gecə içib zəng eləmək – Dostlarla gözəl gün keçirmisiniz, yemisiniz, içmisiniz, xatirələri vərəqləyib ağrılardan, əzablardan xilas olmağa çalışmısınız. Üzünüz gülür, ürəyiniz gələcək xoşbəxtliklərin müjdəsi ilə döyünür. Amma hamı sap kimi üzülüb gedəndən sonra kefli başın yadına sevgilisindən başqa kim gələr? Zəng edib ağlayın, gözəl günlərinizi xatırladın ona. Bircə söyüş söyməyin. Bir də kontura nəzarət edin, ən vacib sözünüzü dediyiniz anda bitməsin. Elə ona da bu kəlməni pıçıldayın: “Bitməsin”.

Image result for sevgililər

9. Küsülü olmağı yadından “çıxartmaq” – Ayrılanların hamısı hələ də sevgilidir. Ayrılıq sevginin davamıdır. Guya heç nə olmayıb aranızda, küsülü deyilsiniz. Zəng edib deyin ki, axşam filan yerdə səni gözləyirəm. Çaşdırın onu.

Image result for sevgililər

10. Dostlardan kömək istəmək – Ən axıra bunu saxlayın. Heç nə olmamış kimi sizin sevginizin şahidini “məhkəmə”yə çağırın. Oturub həmin günləri vərəqləyin gülümsəyərək. Sonra səsinizin ahənginə kədər qatın və belə deyin: “Ona denən ki, hələ də unutmamışam. Unudaq hər şeyi. Mən onu sevirəm”. Dostunuz etiraz eləmək istəyəcək, normaldır. Qolundan tutub yazıq görkəm alın: “Sən dostunun xoşbəxt olmağını istəmirsən?” Bu söz onu təsirləndirəcək və sizi barışdırmaq üçün əlindən gələni edəcək. Bircə qalır gözləmək. Zaman hər şeyi yerbəyer eləyəcək.

Image result for sevgililər

Bonus: Üzük – Artıq barışmısınız. Təbrik edirik! Bir qonaqlıq olsa, pis olmazdı. :-)

# 1427 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
# # #