Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görüş keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görüş keçirilib
12 yanvar 2016
# 16:37

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun, Bilik Fondunun və Türkiyənin Yunis Əmrə İnstitutunun iştirakı ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov açıb. Ardından Türkiyənin ölkəmizdəki səfirliyinin müstəşarı Makbulə Qoçaq tədbir iştirakçılarını salamlayıb. Ölkəmizdə olduğundan məmnunluğunu bildirən Makbulə Qoçaq qarşıda duran məsələlərdən söz açıb. Türkiyənin Azərbaycandakı səfirinin mədəniyyət müşaviri Murad Qaraçanta da öz növbəsində tədbirə dəvət olunmasından məmnunluq duyduğunu bildirib.

Yunis Əmrə İnstitutunun müdiri İbrahim İldırım iştirakçıları salamlayaraq rəhbərlik etdiyi qurum haqqında qısa məlumat verib, qarşıda duran məsələlərdən və Yunis Əmrə İnstitutunun il boyu keçirəcəyi tədbirlər barədə toplantı iştirakçılarını bilgiləndirib. İbrahim İldırım bildirib ki, fevral ayında “Yunis Əmrə şeir gecəsi” keçiriləcək. Bundan başqa o, mart ayında Nazim Hikmətin xatirəsinə həsr ediləcək fotosərgi və şeir gecəsinin, Novruz bayramı günlərində İçərişəhərdə bayram şənliklərinin və fotomüsabiqənin keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov da öz növbəsində mərasim iştirakçılarına fond haqqında məlumat verərək bu günə qədər görülmüş və gələcəkdə görüləcək işlər barədə söz açıb. Fondun dörd gənc yazarın kitabını nəşr etdiyini vurğulayan aparat rəhbəri Quran motivləri əsasında hekayə yarışmasının keçirildiyini və belə tədbirlərin davamlı olacağını qey edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun direktoru Oktay Səmədov da qonaqları salamlayıb. Yunis Əmrə Fondunun ölkəmizdə keçirəcəyi tədbirlərdə onlara dəstək verə biləcəklərini vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparat rəhbəri Aytən Qəhrəman qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili” elan olunması haqqında sərəncam imzaladığını onların nəzərinə çatdırıb. Aparat rəhbəri onuda vurğulayıb ki, bu sərəncam BBMM-lə Yunus Əmrə İnstitutunun gələcək əməkdaşlıqları üçün geniş perespektivlər vəd edir.

Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev qonaqlara rəhbərlik etdiyi universitet haqqında məlumat verib, Türkiyə-Azərbaycan arasındakı tarix boyu davam edən dostluq əlaqələrinin önəmindən söz açıb. Rektor universitetin tərkibində yaradılan Türkiyə Araşdırmalar Mərkəzinin bu günə qədər gördüyü işləri qonaqların nəzərinə çatdırıb, Yunis Əmrə Fondunun həyata keçirəcəyi tədbirlərdə onlara dəstək verməyə hazır olduqlarını qeyd edib.

Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Kamal Abdulla tədbirdə Türkiyəni təmsil edən nümayəndə heyətini qəbul edərək fikir mübadiləsi aparıb.

# 2357 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər