Qohumumu necə falçı elədim – OLMUŞ HADİSƏ

Qohumumu necə falçı elədim – <span style="color:red;">OLMUŞ HADİSƏ
6 noyabr 2015
# 13:46

Kulis Şərif Ağayarın “Falçı” yazısını təqdim edir

Mərdəkan qəsəbəsində bir qadın qohumum vardı, qaynanası dəhşət çətin adam olduğu üçün yola getmirdilər. Əri də anasına aciz idi deyə bilmirdi neləsin. Əriylə də uşaqlıqdan dostam. Məni iki-üç dəfə ağsaqqallığa çağırmışdılar, getmişdim, amma heç bir nəticə hasil olmamışdı. Bir gün fikirləşib-fikirləşib qaynananın zəif yerini tapdım: mömindir, Allaha çox inanır, oruc tutur, namaz qılır. İllah da oğluna görə... Oğlunu o qədər çox istəyir ki, bütün dualarında “Ya Allah, ona gələn mənə gəlsin” - deyir...

Nadinc vaxtlarım idi. Yeznəylə içib gecə onlarda qalmışdım. Hamı yatandan sonra prastinaya bükülüb gizlincə anasının otağına keçdim, arvadı hənirtiylə yuxudan oyadıb əcaib-qəraib hərəkətlər və əcaib-qəraib səslərlə dedim:

- Lailahaillallah! Lailahaillallah! Mən Allahın ən sevimli mələyiyəm. Sən əməlisaleh qadın olduğun üçün gözünə görünürəm. Muhəmmədən rəsulallah! Muhəmmədən rəsulallah! Allahın izniylə sənə xəbərdarlıq eləməyə gəldim. Əgər gəlinini bir də incitsən oğlun öləcək. Əlhəmdülillah! Əlhəmdülilah!

Və... pəncərədən atılıb qaçdım... Arxadan qadının “Bismillah! Bismillah!” pıçıltıları gəlirdi.

Bircə həftə keçməmiş eşitdim qurd quzuyla otlayır...

Son Ramazanda isə getdim ki, arvadın evini ocaq hesab edib nəzir-niyaz gətirirlər. Arvad pay-püş üçün zəhmət çəkməsinlər deyə nağd pul alır.

Birini yanlayıb dostumun anasıyla bağlı fikrini soruşdum. Sifətinə ciddi görkəm verib qaşlarını qaldırdı: “Gözünə mələk görünüb!”


Şad-xürrəm, varlı-hallı, mehriban ömür sürürlər.

Dostum gülüb bu məsələlərə qeyri-ciddi baxdığını desə də, içkini tərgidib.

Qadın qohumum isə qaynanasına “prodüserlik” edir: pulunu yığır, telefonuna cavab verir, müştəriləri ayarlayır, növbəni nəzarətdə saxlayır və s.

Arada mən də özümə baxdırdım. Yalan-gerçək, dedi ki, hər şey yaxşı olacaq.

# 2522 dəfə oxunub

Oxşar xəbərlər

Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər