Ədəbiyyat institutunda ilin ədəbi yekunlarından danışdılar

Ədəbiyyat institutunda ilin ədəbi yekunlarından danışdılar
13 sentyabr 2019
# 17:10

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “İlin ədəbi yekunları” mövzusunda müşavirə keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, müşavirədə AYB katibi Rəşad Məcid, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, tanınmış yazıçılar, alimlər, media mənsubları iştirak ediblər.

Saat 11-də başlanan müşavirəni giriş sözü ilə Nizami adına ədəbiyyat institutunun direktoru, akademik İsa Həbibbəyli açaraq, qısa mühazirə ilə çıxış edib və dinləniləcək məruzələrin ümumi məzmunu haqqında məlumat verib.

Daha sonra filologiya elmləri doktoru Elnarə Akimova “İlin ədəbi mənzərəsi”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbi tənqid”, filologiya elmləri doktoru Vaqif Yusifli “Şeir”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı “Roman”, filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova “Povest”, Maral Yaqubova “Bədii nəsr nəzəriyyə işığında”, Cavanşir Yusifli “Ədəbi gənclik” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir dramaturgiya, satira, uşaq ədəbiyyatı və başqa mövzularda məruzələrlə davam edir.

Xatırladaq ki, məruzələrin mətni tam şəkildə “Azərbaycan” jurnalında çap olunacaqdır.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, oturan insanlar ve iç mekan

# 4516 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər