III “Məmməd Araz poeziya günü” Qazax rayonundan başladı

III “Məmməd Araz poeziya günü” Qazax rayonundan başladı
23 aprel 2018
# 15:49

Xalq şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri Qazax rayonundan start götürüb.

Kulis.azın məlumatına görə Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, AYB Qazax zona filialının üzvləri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, rayonda fəaliyyət göstərən ali təhsil ocaqlarının müəllim və tələbə kollektivi, məktəblilər və KİV nümayəndələri iştirak edib.

Gənclər Mərkəzində baş tutan tədbir Xalq şairinin öz ifasında səslənən şeirinin oxunması ilə başlayıb. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Xalq şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadı olmasından danışıb. Qeyd edib ki, dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Görkəmli söz ustadı Məmməd Arazın sənət dünyasında vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri onun yaradıcılığının nüvəsində dayanır.

Tədbirin aparıcısı AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Məmməd Araz yaradıcılığının və şeirlərinin Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb. “Məmməd Araz poeziya günü”nün ideya müəllifi, şair Qardaşxan Əzizxanlı çıxış edərək bildirib ki, bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. O, qeyd edib ki üçüncü dəfə təşkil olunan Məmməd Araz poeziya günləri, həm də böyük şairin anadan olmasının 85 illik yubileyi ilə əlamətdardır və keçirilən tədbirlərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi dəstək verir. Layihə rəhbəri bildirib ki, Aprelin 20-dən etibarən Qazaxdan başlayan poeziya günləri ölkəmizin müxtəlif şəhərlərində davam edəcəkdir.

AYB Qazax zona filialının aparıcı məsləhətçisi, şair Mustafa Rasimoğlu öz çxışında şair və yazıçılara, söz adamlarına göstərdiyi diqqət və qayğıya, poeziya gününün belə yüksək səviyyədə keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib.

Tədbirdə Əməkdar artistlərdən Nuriyyə Hüseynova və İlkin Əhmədov, aşıqlardan Camoy Qurbanov və Yaşar Gülümcanov şairin şeirlərinə həsr olunmuş mahnılar oxuyublar.

Sonra söz poeziya günlərinin tərkibinə daxil olan “Məmməd Araz poeziya müsabiqəsi”nin iştirakçılarına verilib. Müsabiqənin qalibi və iştirakçısı olmuş məktəblilər Xalq şairinin bir-birindən zəngin olan şeirlərini oxuyub, öz bacarıqlarını nümayiş etdiriblər. Şairin “Azərbaycan-dünyam mənim” və “Qalx ayağa, Azərbaycan” şeirlərini tədbir iştirakçıları ayaqüstə, alqışlarla qarşılayıblar.

Tədbirin sonunda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, layihə rəhbəri Qardaşxan Əzizxanlı və digər qonaqlar Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu tərəfindən təsis edilmiş diplomları və hədiyyələri müsabiqə qaliblərinə təqdim ediblər.

# 2489 dəfə oxunub

Oxşar xəbərlər

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər