ABŞ-da cümhuriyyətin 100 illiyi "Əli və Nino" ilə başlayıb

ABŞ-da cümhuriyyətin 100 illiyi "Əli və Nino" ilə başlayıb
5 fevral 2018
# 09:51

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Boston şəhərində, ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin tanınmış "Cohen" kino zalında "Əli və Nino" filminin təqdimatı keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri və Boston sakinləri iştirak edib.

Təqdimatda çıxış edən Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub, "Əli və Nino" kitabının tarixi əhəmiyyətini və bugunkü aktuallığını qeyd edib, bu əsərin onda böyük təəssürat yaratdığını vurğulaıb. Daha sonra çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin100 ili tamam olduğu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncam imzaladığını qeyd edib. Azərbaycan diplomatı AXR-ın müsəlman Şərqində ilk demokratik respublika olması, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladıb.

"Əli və Nino" filminin Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü olduğunu qeyd edən səfir Süleymanov bu filmin yüksək keyfiyyətini və aktyorların olduqca istedadlı performansını söyləyib, əsərin ərsəyə gəlməsində L.Əliyevanın töhfələrini görməyin mümkünlüyünü vurğulayıb. Daha sonra baş tutmuş filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və böyük emosional təəssürat yaradıb.

Qeyd edək ki, səfir E.Süleymanov həmçinin ABŞ-ın ən məşhur təhsil olacaqlarından biri olan Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin müəllim və tələbə heyəti qarşısında çıxış edib və Azərbaycanın həyata keçirdiyi xarici siyasət, o cümlədən irimiqyaslı regional layihələr, Cənub Qaz Dəhlizi, habelə Ermənistanın Azərbaycanın 20% ərazisini işğal etməsi və soydaşlarımıza qarşı apardığı etnik təmizləmə siyasəti barədə məlumat verib.

# 2577 dəfə oxunub

Oxşar xəbərlər

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

15:35 13 noyabr 2026
30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

14:54 13 noyabr 2026
Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər