Stresdən necə xilas olmalı? - ANALİZ

Stresdən necə xilas olmalı? - <span style="color:red;">ANALİZ
18 oktyabr 2016
# 16:00

Ətrafdakı hər kəsin qarşı gəldiyi zaman öz inanclarınıza sədaqətli olmaq, stress yaradacaq səbəbə bənzəyir. Son araşdırmalar isə, bunun əksini göstərir.

New Yorkun Buffalo universitetində Stresslə mübarizə üsulları haqqında dərs keçən Mark Seery deyir ki, bütün məsələ sizin hədəflərinizdədir. İnsan bədəninin belə hadisəyə iki cür reaksiyası var və reaksiya, şəxsin konkret hadisəyə olan baxış bucağından asılıdır. Bu neqativdirmi? Təhlükə kimi və ya maraqlı macəra kimi pozitivdir?

Seery-nin fikrinə görə, bu növ reaksiyalar qədim insana həyatda qalmaqda kömək edirdi. Məsələn, bir heyvana rast gəldikdə, əgər insan ova çıxmışdırsa, o özünü yaxşı hiss edər və hədəfə daha məqsədyönlü irəliləyər. Yox əgər vəhşi heyvana rast gələrsə, bütün bədəni ondan tələb edirdi ki, insan həmin yerdən uzaqlaşsın. Hər iki variantda, həm ovçunun, həm də ovlananın ayaqları güclü qan axınına ehtiyac duyurdu. Eləcə də, bu axını təmin etmək üçün, ürəkləri daha tez döyünürdü.

Beyin stress situasiyası gördükdə, əgər onu maraqlı, pozitiv macəra kimi qəbul edə bilirsə, bədəndə arteriyalar genişlənir. Bu yolla bütün bədən qanla təchiz olunur. Bəzən təhlükə kimi qəbul olunan stress isə başqa cür işləyir. Arteriyalar əksinə daralır və bütün bədəndə sıxılma baş verir. Vəhşi heyvandan qaça bilməyəcəyini anlayan adam üçün, yerindən tərpənməyərək gözə görünməmək, daha yaxşı üsuldur. Daha az qan axını, bədənin donmuş vəziyyətdə dayanmasına kömək edir.

Bu bilikləri nəzərə alaraq, alimlər eksperiment keçiriblər. Experiment zamanı hadisəyə baxış, reaksiyanın təbiətini təyin edib.

Tələbələrlə onların razı olmadığı mövzuda söhbət etməyə başlayıblar və onları iki yerə bölüblər. Birinci qrupda olan tələbələr narazı olduqları mövzunu təhlükə kimi qəbul etdiklərinə görə, onların bədənləri təbii olaraq yığılmağa başlayır, ürəkləri sürətlə döyünməyinə baxmayaraq, arteriyaları daralır və qan bədəndə rahat hərəkət edə bilmirdi. İkinci qrup tələbələr isə, ovçu roluna girərək, stress hadisəsini maraqlı macəra kimi qəbul edib, öz individuallıqlarını göstəriblər.

Beləliklə, öz inanclarına, hədəflərinə sədaqətli insanlar, ovçu qismində çıxış edərək, stress situasiyalarından daha rahat çıxırlar. Digər insanların fikirlərini təhlükə kimi qəbul edənlər isə, həm daha çox mənfi enerji alırlar, həm də hədəf və inanclarından yayınmağa daha çox meyllidirlər. Üstəlik, bədən səviyyəsində, pozitiv yanaşma, daha sağlam həyat vəd edir, neqativ yanaşma isə, bədənin zəifləməsinə, sinir sisteminin daha tez sıradan çıxmasına yol açır.

Həyatı macəra kimi yaşamaq, yeniliklərə açıq olub, individuallığını saxlamaq, həyatınızı daha rahat, maraqlı və sağlam edəcək.

Fuad Rüstəmzadə

# 2427 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər