Bizim mənasız inanclarımız – SİYAHI

Bizim mənasız inanclarımız – <span style="color:red;">SİYAHI
7 oktyabr 2016
# 08:30

Kulis.Az azərbaycanlılarının batil inanclarını təqdim edir.

Qarşımıza qara pişik çıxanda yolumuzu dəyişirikbu cür inancların çoxunda məntiq olmur. Misal üçün, niyə pişik? Niyə qara rəngdə? Peyğəmbərin ən sevimli heyvanı niyə burda uğursuzluq rəmzi olur? Bəlkə də hansısa əhvalatla bağlıdır bu inanc, lakin biz o əhvalatı unudub quruca inancı saxlamışıq.

Image result for qara pişik

Qəbri barmaqla göstərmək olmazbəzi bölgələrdə karıxıb barmağını qəbirə uzadan adam, onu dişləyib ayağı ilə iki-üç dəfə yavaşdan tapdalayır.

Image result for qəbiristanlıq

Gecə pul verməzlər yəqin bu xəsis adamların uydurmasıdır.

Image result for pul

Gecə evi süpürməzlərbunu da yüz faiz tənbəl adamlar tapıb. Gecədir deyə zibilin içində yatmalıyıq? Görən tozsorandan istifadə etmək də günahdır?

Image result for метелка

Bəy öz toyunda oynayanda ucuzluq olurbu pozitiv inancdır. Ziyanı yoxdur. Oynasın, amma çox həddini aşmasın. Çünki qabaqda daha vacib işlər var.

Image result for toyda

Qazan dibi yeyənin toyunda yağış yağırhardan hara? Qazanın dibi ilə, göyün ərşi-əlasını biri-birinə belə bağlamaq üçün dünya boyda təxəyyülün olmalıdır. Maşallah! Yaxşı pul verələr, adam qazan dibi yeyib, toyunu quraqlıq ölkələrdə edər.

Image result for qazanın dibi

Paltarı tərs geysək, işimiz tərs gedərburda məntiq də var, hardasa. Elə işin ən böyük tərsliyi paltarı tərs geyməkdir. Baxıb gülənlər, lağa qoyanlar, biləndən sonrakı pərtlik. Amma bunu dahilik əlaməti sayanlar da var.

Image result for paltarı tərs geyinmək

Boşqabın dibini sıyıranın sevgilisi gözəl olarbunu çox bic adamlar icad edib. Özü də qadın olub həmin adam. Süfrənin bulaşıqlarını da yumaq ona həvalə olunurmuş. Yaxşı fənd tapıb.

Image result for yemək yemək

Süfrə üstünə çıxırsansa qayınana səni çox istəyərinanmayın! Provakasiyaya getməyin! Qayınana adamı heç vaxt çox istəməz. İllah da gəlini. Kürəkəni birtəhər əsaslandırmaq olar. O da yeməyin üstünə çıxdığına görə yox, vəzifəli, pullu olduğuna görə.

Image result for Süfrə

Çörəyi tərsinə qoymazlaretiraf edək ki, hamımız süfrədə tərsinə çörək görəndə narahat oluruq və özümüzdən asılı olmadan əl atıb düzəldirik. Ona görə də həmişə yuxa yeyin. Çevirməyə ehtiyac yoxdur, kolorisi də azdır.

Image result for çörək

Qaşıq düşəndə qonaq gələrbelə də olmaz də. Qaşıq düşür bir dilxorçuluq, qonaq gəlir iki dilxorçuluq. Heç olmasa, qaşıq düşdü, qonaq gəlməyəcək deyək.

Image result for qaşıq

Göz dəyməsin deyə yanbız qaşımaqbu lap ağ eləməkdir. Mücərrəd inanca qarşı gerçək jest! Ədəbsizlik! Səviyyəsizlik! Əgər, bu inancları nə vaxtsa unutmaq barədə düşünsək, birinci bundan başlamalıyıq.

Image result for gözmuncuğu

Uşağın qorxusunu almaq üçün yastığının altına bıçaq qoyurlarmöhtəşəm mistika! Görəsən, bıçaqla qorxmağı biri-birinə necə bağlamaq olar? Bu, Obama ilə Aşıq Yadigarı qohum çıxarmaq qədər çətindir.

Image result for yatan uşaq

Qırxı çıxmamış uşağın üstünə getməzlərburda məsələ bıçaq və qorxu qədər absurd deyil. Bu, Obamanın qohumunu Afrikaya yaxın ölkələrdə axtarmaqdır. Yəni, hardasa, necəsə mümkündür.

Image result for körpə

Sağ əlin qaşınanda pul gələcəkkasıbların nağılıdır, təbii ki. Qoy inansınlar, amma qaşınmaya ümid olub iş-gücdən qalmasınlar.

Image result for əlin qaşınması

Tək səbirbəziləri cüt səbrə uğursuzluq rəmzi kimi baxır. Deyilənə görə, Tanrı Adəmə can verəndə, o, asqıraraq ayağa qalxıb. Asqırmaqda mistika axtarmaq ənənəsi burdan gəlir, yəqin. Sağlam olun!

Image result for Asqırmaq

Hıçqırırsansa, oğurluq loxma yemisənbaaa!!! Lap sosial məzmun var bu inancda. Oğurluq loxmaya qalsa dünyanı hıçqırtı bürüyərdi.

Image result for Hıçqırmaq

Qulaq cingildəyəndə kimsə dalınca danışırvecinizə almayın. Qeybətinizi edirlərsə, ciddi adamsınız.

Image result for qulaq

Adamın üstünə əsnəməkməcazi mənası bir yana, ədəbsizlikdir. Əsnəyəndə ağzımızı mümkün qədər az açaq, səs çıxarmayaq və əlimizi ağzımıza tutaq. O zaman, kimsə əsnəyib üstünə ağırlıq tökdüyümüzü də fikirləşməz.

Image result for Əsnəmək

Güzgü qırılanda uğursuzluq gətirirgüzgü qırılanda kədərlənir adam. Bu real hisdir. Yəqin uğursuzluq məsələsi də bu hisdən yaranıb. Çalışaq, güzgümüz qırılmasın.

Image result for qırıq ayna

Ocağa su tökməzlərmeşədə kabab bişirəndən sonra da? İnanmayın. Pikniklərdə ocağınızı söndürmədən getməyin. Yanğının verə biləcəyi real zərər hər cür batil inancdan daha gerçək və daha təhlükəlidir.

Image result for ocaq

# 5828 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #