Məşhur rejissorun müsəlmanlara məktubu: “Qardaşım...”

Məşhur rejissorun müsəlmanlara məktubu: “Qardaşım...”
24 avqust 2015
# 12:17

7 yanvar 2015-ci ildə “Charlie Hebdo”ya qarşı törədilmiş cinayətdən dərindən sarsılmış rejissor Lük Besson dinləri terroristlər tərəfindən ləkələnmiş və təhqir edilmiş müsəlmanlara müraciət edir. Həmin o dəhşətli günlərin təsiri ilə yüklənmiş düşüncələrindən ibarət bu məktubun bir əsas xətti var : “Terrorizm heç vaxt qazanmayacaq”. Kulis məktubu təqdim edir.

12 yanvar 2015

Qardaşım,

Bu gün sənin üçün nə qədər pis olduğumu kaş ki, bilsəydin. Sənin üçün və sənin ləkələnmiş, təhqir edilmiş və bu gün barmaqla göstərilən gözəl dinin üçün. Unudulmuş gücün, enerjin, ürəyin, humanizmin, qardaşlığın. Bu ədalətsizlikdir və birlikdə ədaləti yenidən bərpa edəcəyik. Səni sevən milyonlarla insanıq və sənə kömək edəcəyik. İlk başdan başlayaq. Sənə təklif edilən cəmiyyət hansıdır?

Pul, mənfəət, seqreqasiya, rasizm üzərində qurulmuş bir cəmiyyət. Əksər şəhərkənarı bölgələrdə işsizlik ən azı 25 ildən bəridir ki, 50%-ə çatıb. Səni adına və ya rənginə görə qırağa atıblar. Gündə on dəfə sənə nəzarət edirlər, səni bina həyətlərinə yığıb doldururlar və heç kimsə səni müdafiə etmir. Belə bir şərtlər altında kim yaşaya və inkişaf edə bilər? Bir uşağı və ya bir heyvanı qida vermədən və nəvaziş göstərmədən aylarla harasa bağlayın, sonda o, kimisə öldürəcək.

Hər şeydən əvvəl mənfəəti nəzərdən keçirək. Alma ağacını kəsib satırıq, bar vermədiyini gördükdə isə təəccüblənirik. Əsa problem buradadır və bunu biz həll etməliyik.

Mən bütün güclü insanlara, böyük rəhbərlərə, hakimlərə səslənirəm. Tək istəyi cəmiyyətin bir hissəsi olmaq olan bu təhqir edilmiş, atrofiya edilmiş bu gəncliyə kömək edin. İqtisadiyyat insanın xidmətindədir və əksi deyil. Qazancların ən gözəli yaxşılıq etməkdir. Əziz güclü insanlar, sizin uşaqlarınız var? Siz onları sevirsiniz? Onlar üçün nə qoyub getmək istəyirsiniz? Pul? Bu, niyə də daha ədalətli bir dünya olmasın? Məhz bunu etdikdə övladlarınız sizinlə daha çox fəxr edər.

Başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmur. Belə düşünən adam nə xristian, nə yəhudi, nə də müsəlmandır. Bu adam sadəcə eqoistdir və cəmiyyətimizi düz uçuruma doğru aparır. Ölülərimizi şərəfli etmək üçün bu gündən etibarən biz bunu etməliyik.

Və sənə gəldikdə isə, qardaşım, sənin də işin var. Sənə təqdim edilmiş bu cəmiyyəti necə dəyişmək lazımdır? İşləyərək, təhsil alaraq, əlinə avtomat deyil, qələm alaraq. Özünü müdafiə etmək üçün sənə nəcib vasitələr təqdim edən demokratiyanın bu tərəfləri də var.

Bir Kalaşnikov almaq üçün 250 avro lazım olduğu halda, bir qələmə ən çoxu 3 avro ödəyərsən və sənin bu qələmlə verdiyin cavabın min dəfə daha kəskin ola bilər.

Qüvvəni topla və qaydalarla oyna. Hakimiyyəti demokratik yolla ələ al və bütün qardaşlarına kömək et. Terror heç vaxt qalib gəlməyəcək. Bunu sübut etmək üçün tarixə baxmaq yetərlidir. Bu gün minlərlə Cabu və minlərlə Wolinski doğulur. Hakimiyyəti ələ al və kimsənin səni üstələməsinə icazə vermə. Bil ki, bu qana bulanmış o iki qardaş sənin qardaşların deyil və bunu biz hamımız bilirik.

Bunlar həmçinin iki zəif düşüncəli insanlardır, cəmiyyətdən sıxışdırılıb çıxardılmış sonra isə bir din təbliğatçısının əbədiyyət vəd edərək korladığı insanlar.... Bizneslə məşğul olan radikal din təbliğatçıları sənin bədbəxtliyinlə oynayırlar və bil ki, onların heç yaxşı niyyətləri yoxdur. Yalnız öz xeyirləri üçün sənin dinindən istifadə edirlər. Bu, onların biznesidir, kiçik müəssisələridir. Sabah, mənim qardaşım, biz daha güclü olacağıq, daha sıx birləşmiş, daha möhkəm olacağıq. Mən bunu sənə söz verirəm.

Amma bu gün, mənim qardaşım, mən səninlə birgə ağlayıram.

Lük Besson

Tərcümə etdi: Sədəf Baqiyeva

# 2742 dəfə oxunub

Oxşar xəbərlər

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
Potensial qadın qatilləri... - Nifrət püskürən rəqqasa övladını necə etibar etmək olar?

Potensial qadın qatilləri... - Nifrət püskürən rəqqasa övladını necə etibar etmək olar?

15:00 2 oktyabr 2026
Tutanxamon və Nefertitinin süni intellektlə çəkilən rəsmi Qahirədə qalmaqal yaratdı

Tutanxamon və Nefertitinin süni intellektlə çəkilən rəsmi Qahirədə qalmaqal yaratdı

15:00 2 oktyabr 2026
İngilis rəssam səsləri təsvirə çevirir

İngilis rəssam səsləri təsvirə çevirir

14:30 2 oktyabr 2026
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

14:00 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər