Cazmen Cavan Zeynallının yaradıcılıq gecəsi keçirilib

Cazmen Cavan Zeynallının yaradıcılıq gecəsi keçirilib
21 iyun 2019
# 12:03

İyunun 20-də ADA Universitetində Xalq artisti, müğənni-cazmen Cavan Zeynallının yaradıcılıq gecəsi keçirilib.

Tədbir Cavan Zeynallının həyat və yaradıcılığına həsr olunan videoçarxın nümayişi ilə başlanıb.

Gecədə Cavan Zeynallı Azərbaycanda cazın yaranma tarixi və inkişafından danışıb, musiqinin insanları bir araya gətirdiyini vurğulayıb.

Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Cavan Zeynallının ifasının xalq tərəfindən sevilərək dinlənildiyini və rəğbətlə qarşılandığını bildirib.

Gecədə çıxış edən Rafiq Seyidzadə Azərbaycan musiqi sənətinin zənginliyini vurğulayıb.

Dünya şöhrətli alim, akademik Roald Saqdeyev bildirib ki, Azərbaycan nəinki SSRİ məkanında, hətta bütün dünyada musiqi sahəsində öndə gedənlərdən olub. Çünki Azərbaycan xalqı Qara Qarayevi yetişdirib, muğamı dünyaya tanıdıb. Cavan Zeynallı isə caz sənətinin tanınmış simalarından biridir.

Daha sonra qonaqlar C.Zeynallının fortepianoda ifasını dinləyiblər. Gənc və həvəskar musiqiçilərin də çıxışı maraqla qarşılanıb.

Sonda Əməkdar artist Lalə Məmmədova Sevda Məmmədlinin fortepianoda müşayiəti ilə “Yar bizə qonaq gələcək” mahnısını ifa edib. /azertag.az/

# 3989 dəfə oxunub

Oxşar xəbərlər

"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

“Baş rejissorsuz teatr fəaliyyət göstərə bilməz” – İlham Rəhimli

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər