“Xatırlamaq istəmədiyim qədər çox meyit görmüşəm”

“Xatırlamaq istəmədiyim qədər çox meyit görmüşəm”
23 aprel 2013
# 07:45

Dünyanın ən prestijli jurnalistika mükafatı Pulitzeri bu il meksikalı fotomüxbir Xavyer Manzano qazanıb.

Suriyanın Hələb şəhərində çəkdiyi foto ilə uğur qazanan Manzano Amerikada yaşasa da, dörd ildir vaxtının böyük qismini dünya ölkələrinin “qaynar nöqtələri”ndə keçirir.

Kulis.az Manzanonun ona uğur gətirən foto barədə müsahibəsini təqdim edir.

- Neçə ildir fotoreportyorluqla ilə məşğulsunuz?

- 2007-ci ildən bəri fotoreportyorluqla məşğulam. Axırıncı dəfə 2009-cu ildə “Rocky Mountain News”-da tam ştatla işləmişəm. Ordan çıxandan sonra sərbəst işləməyə başladım. Meksikada Syudad Xuaresdə narko müharibəni çəkməyə yollandım, həmin vaxt “Associated Press”-dən təklif gəldi. Əfqanıstan və Suriyada olduğum vaxtlarda “Vaşinqton Post”, “BBC” və bir sıra Avropa xəbər agentlikləri üçün şəkillər çəkdim. Suriyaya axırıncı səfərimdə əsasən beynəlxalq xəbər agentliyi “AFP” üçün işlədim. Pulitzer mükafatını da “AFP” üçün çəkdiyim fotolardan birinə görə qazandım.

- Sizə uğur qazandıran o fotonu necə və harda çəkmisiniz?

- Keçən il oktyabr ayında Hələb məhəllələrinin birinə getdik. Küçənin hər iki tərəfi snayperlərlə dolu idi. Yanımda Azad Suriya Ordusundan üsyançılar da vardı. Snayperlərdən qorunmaq üçün qaçıb uçuq-sökük evlərdən birinə girdik. Sonra bir tunellə getməyə başladıq, gəlib anbar kimi istifadə edilən qaranlıq otağa çıxdıq. Otağa çıxan kimi bu görüntü ilə qarşılaşdım: aylarla davam edən döyüşlərdə deşilmiş divarlardan süzülən işıq selini gördüm və çəkdim.

- Suriyada sizi ən çox sarsıdan nə oldu?

- Rejim toplar, bombalar, snayperlərlə istisnasız olaraq hamını atəşə tuturdu. Fərqi yoxdur, silahlı, yaxud silahsızsan, üsyançı, yoxsa sıravi vətəndaşsan. Suriyada həm rejim, həm də müxalifət zorakılıq edir. Ancaq ən qorxuncu Əsəd rejiminin müxalif Azad Suriya Ordusunun nəzarətində olan şəhərləri ələ keçirəndə sadə vətəndaşları amansızlıqla cəzalandırmağıdır. Suriyada yadıma salmaq istəməyəcəyim qədər çox meyit gördüm. “Dəhşət” sözü suriyalıların hər gün görməli və yaşamalı olduğu vəziyyəti izah etmək üçün çox yüngüldür.

“Pulitzer mükafatını gözləmirdim”

- Üsyançılarla birlikdə hərəkət edirdiniz?

- 2012-ci ilin avqustundan bəri Suriyaya gedib-gəlirəm. Çox vaxt digər həmkarlarımla birlikdə hərəkət edirəm. Amma bəzən ön cəbhədəki yerlərə getmək üçün müxaliflərə qoşuluram.

- Pulitzer mükafatını qazanacağınızı gözləyirdiniz?

- Müharibədə nə Pulitzer, nə də başqa mükafat qazanmaq ağlıma da gəlməmişdi. Heç gözləmirdim bu mükafatı. Əməyinin, işinin tanınması və qiymətləndirilməsi çox xoşdur. Pulitzeri qazanmaq böyük şərəfdir!

Mənbə: “Hürriyət” qəzeti

# 4676 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər