Nəsiminin yubileyinə həsr olunan müsabiqə davam edir

Nəsiminin yubileyinə həsr olunan müsabiqə davam edir
28 oktyabr 2019
# 09:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş şeir müsabiqəsinin ikinci turu keçirilib.

Baş İdarədən bildirilib ki, müsabiqədə Binəqədi rayon MKS-nin strukturuna daxil olan bütün kitabxanalardan seçilmiş I turun qalib oxucuları iştirak ediblər. Mədəniyyət və təhsil müəssisələrindən seçilmiş münsiflər heyətinin ümumi rəyi illə yekun turda iştirak etmək üçün 2 nəfər - Rəvan Əsədov və Hökümə Sultanova qalib seçilib.

Şeir müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycan klassik ədəbiyyatının təbliği, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqların aşkarlanması və mütaliə vərdişlərinin inkişaf etdirilməsidir./azertag.az/

# 3218 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər