“Qobustan-tarixin daş yaddaşı” adlı tədbir keçirilib

“Qobustan-tarixin daş yaddaşı” adlı tədbir keçirilib
24 oktyabr 2019
# 12:23

Oktyabrın 23-də Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qobustan - tarixin daş yaddaşı” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyi tərəfindən Qobustan Milli Tarix-Bədii Qoruğunun dəstəyi ilə baş tutub.

Tədbirdə aktyorlar qədim insanların həyat və məişətini əks etdirən tamaşa təqdim ediblər.

Tamaşadan sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev layihənin məqsədindən danışaraq “Yaşıl planet” beynəlxalq tələbə məktəbi çərçivəsində Bakıda Azərbaycan da daxil olmaqla 9 ölkənin gənclər təşkilatlarının nümayəndələrinin, gənc ekoloqlar və gənc alimlərin toplandığını bildirib: "Məqsədimiz ətraf mühitin qorunması, ekoloji maarifləndirmə sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsidir. Bununla yanaşı, Qobustanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu nəzərə alaraq tariximizin bir parçasını gələn qonaqlara nümayiş etdirdik".

Qeyd edək ki, tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə ilə, eləcə də Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarı ilə təsdiq edilmiş “MDB üzv dövlətlərinin 2018-2020-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı”na uyğun olaraq həyata keçirilən “Yaşıl Planet” Beynəxalq tələbə məktəbi çərçivəsində təşkil edilib.

Xatırladaq ki, oktyabrın 20-dən işə başlayan yeddigünlük “Yaşıl planet” Beynəxalq tələbə məktəbində gənclər ətraf mühitin qorunması və ekoloji liderlik sahəsində seminar və ustad dərslərində iştirak edirlər. İştirakçılar, həmçinin Bakının görməli yerləri, Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanışlıq imkanı əldə edəcəklər. Beynəlxalq layihədə 100 gənc iştirak edir.

# 2828 dəfə oxunub

Oxşar xəbərlər

Cəfər Cabbarlının büstü restavrasiya ediləcək

Cəfər Cabbarlının büstü restavrasiya ediləcək

18:43 18 noyabr 2025
Nə Nura Suri və onun Almaxanımı, nə də Mədəniyyət Nazirliyi... - Açıqlama

Nə Nura Suri və onun Almaxanımı, nə də Mədəniyyət Nazirliyi... - Açıqlama

18:36 18 noyabr 2025
"Bir insanı sevməklə başlayır hər şey..." - "Türkiyənin Çexovu"  adlandırılan yazıçı kim idi?

"Bir insanı sevməklə başlayır hər şey..." - "Türkiyənin Çexovu" adlandırılan yazıçı kim idi?

16:55 18 noyabr 2025
"Subay kişilər “ekoarvad”la “mükafatlandırılmazdan” əvvəl ..." - “Damazlıq qızın əhvalatı” necə yazıldı?

"Subay kişilər “ekoarvad”la “mükafatlandırılmazdan” əvvəl ..." - “Damazlıq qızın əhvalatı” necə yazıldı?

16:00 18 noyabr 2025
Şəhriyarla münasibətləri pozulmuş Azərbaycan şairi - ARAŞDIRMA

Şəhriyarla münasibətləri pozulmuş Azərbaycan şairi - ARAŞDIRMA

14:57 18 noyabr 2025
Yadigar Muradov dəfn olundu

Yadigar Muradov dəfn olundu

13:49 18 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər