Səbuhi Sədəf: “Mən onun üçün yaşayıram” – Müsahibə  

Səbuhi Sədəf: “Mən onun üçün yaşayıram” – Müsahibə  
11 oktyabr 2019
# 17:02

Bu gün tanınmış jurnalist Səbuhi Sədəfin ad günüdür. Kulis.az bu münasibətlə “Səni deyirlər” rubrikasından Səbuhi Sədəflə müsahibəni təqdim edir.

- Ad gününü təbrik edirik. Necə qeyd edəcəksən?

- Təşəkkürlər. Redaksiyada və sosial şəbəkələrdən yüzlərlə təbrik aldım. Lent.az-da bir tort kəsdik. Axşam ənənəvi cümə məclisimiz var, vesti.az-dakı dostlarla. Ad günüm bu cüməyə düşdüyündən balaca bir məclis olacaq.

- Deyirlər, sənin ipinin üstünə odun yığmalı deyil.

- Mənim ipimin üstünə odun yığmaq da lazım deyil. Və güman edirəm ki, bir kimsə buna cəhd etsin.

На изображении может находиться: 2 человека, люди улыбаются, люди стоят

- Deyirlər, 90-ların jurnalistikasını görmüsən, əfsanələrlə bir yerdə işləmisən. Azərbaycan media tarixində ən cavan baş redaktor olmusan...

- Mən jurnalistikaya 92-ci il noyabrın 24-də gəlmişəm. “525-ci qəzet”in 2-ci sayından etibarən. Qəzetin təsisçisi Rəşad Məcidin ilk saydakı gənclərə müraciətindən sonra. 90-ların jurnalistikasını mən ötən əsrin əvvəlləri ilə müqayisə edərdim. Və 90-ların jurnalistikası mütləq tədqiq olunmalıdır, hətta elmi işlər səviyyəsində. Əfsanələrə qaldıqda, mənim ilk müəllimlərim Yusif Rzayev və Mehman Cavadoğlu olub. Rəşadı unutmaq isə sadəcə bir günah olardı. Adil Qaçayoğlu, Vaqif Əlixanlı, Tehran Vəliyev, Araz Qurbanov, İradə Tuncay…bunlar təbii əfsanələrdir. Məmməd Nazimoğluyla dost olmaq şərəfi… və sonra bizim 90-lar. İndi onların özləri deyən əfsanəyə çevriliblər. Mən hər zaman demişəm: indiki Azərbaycan jurnalistikası 90-cıların çiynindədir. Və yenə də deyirəm: son illər bir parlaq sima görünmür mediada.

На изображении может находиться: 1 человек, в помещении

- Deyirlər, Səbuhi Məmmədli reportaj ustasıdır. Hətta jurnalistikaya yeni gələn gənclərə öz təcrübələrini bölüşməlidir. Necə düşünürsən, artıq bunun vaxtı yetişib?

- Mən həmişə öyrətməyə hazıram. Hətta imkan və yer olsa kurs da açaram və bunun üçün zaman da taparam. İradə İsaqın TV məktəbi tipində. İradə çox xeyirli bir işlə məşğuldur. O uşaqlara universitetlərin vermədiyini verir. Ümumiyyətlə, təcrübəli jurnalistlər İradənin təcrübəsindən yararlanmalıdırlar. Özüm məmnuniyyətlə universitetlərin birindən reportyorluq sənətindən dərs deyərdim. Özü də təmənnasız. Mənim mediada yetişdirdiyim xeyli isim var. Və buna görə xoşbəxtəm.

- Qızının adını imza kimi götürdün, elə bil bu imza Səbuhi Məmmədlini unutdurdu və Səbuhi Sədəf imzası ilə gedən yazılar o qədər də effekt vermədi. Doğru təsbitdir, səncə?

- Sədəf təkcə imzam yox, həm də soyadım olacaq. Və artıq bu istiqamətdə prosesual işlər gedir. Tez bir zamanda bitməlidir. Çünki qanunvericiliyə görə qızının adını soyadı kimi götürmə qaydası yoxdur. Amma qadağan da deyil. Yəni durum bu istiqamətdə hazırda belədir. Effektə gəlincə, baş redaktorumuz Qabil Abbasoğlu bir qədər əvvəl bu məqamla bağlı bir balaca eyham vurdu. Amma güman edirəm ki, əlahəzrət oxucu zamanla bu imzanı qəbul edəcək. Ya da mən elə şedevrlər yaratmalıyam ki, oxucu məcbur qəbul etsin. (gülür) Həm də öz aramızdı, Səbuhi Sədəf imzası çox əzəmətli səslənir...

На изображении может находиться: 1 человек, улыбается, ребенок, часть тела крупным планом и на улице

- Deyirlər, dünyanın bir çox yerlərindən yazdığın reportajlar kitab olmalıdır. Bəs o kitab niyə çıxmır?

- Əslində o kitab səhifələnib. Şərif Ağayarın qardaşı Vüsal səhifələyib. Bir neçə gün əvvəl çox hörmətli Şahbaz bəy (Şahbaz Xuduoğlu – red) təklif etdi kitabı buraxmağı. Lent.az-ın kitabxanası seriyasından nəşri də müzakirə edildi. Böyük ehtimalla bu ilin sonuna ərsəyə gələcək. Mən o kitabı əslində dərslik halına salmaq istəyərdim. Sadəcə buna vaxt və səbr çatmır. Bununla belə tələbələr üçün faydalı bir kitab olacaq.

На изображении может находиться: 5 человек, в том числе Səbuhi Sədəf, люди улыбаются, люди стоят и на улице

- Ürəyinizdən hardan reportaj etmək keçir?

- Bəlkə də sizə qəribə gələcək, Efiopiyadan, İslam aləmində Həbəşistan adlanan ölkədən. Çünki bəşəriyyətin beşiyidir, bu ölkə. Bir müddət əvvəl Azərbaycanın bu ölkədəki səfirliyi ilə də danışmışdım. Orda texniki kömək, yəni bələdçi-filanla dəstək olacaqlarına söz vermişdilər. Yəqin reallaşdırarıq nə vaxtsa bu səfəri.

- Hansı ölkədən reportaj hazırlayarkən çox qorxmusan, təhlükə hiss etmisən?

- Qorxmuşam demək olmazdı. Amma həyəcan olub. Əfqanıstanda APA TV-nin operatoru Fuadla birgə ezamiyyətdəydik. Səhəri seçkiydi bu ölkədə. Axşam bizimlə bir yerdə olan Anna Nedirqaus seçkini izləmək üçün Qəndəhara getmək istədiyini dedi. Qəndəhar da elə yerdir ki, əfqan hakimiyyəti düz-əməlli nəzarət edə bilmir, Talibanın hökmü daha çox keçir. Ona görə də əfqan jurnalistlər o yerlərə getmirlər çox vaxt. Anna israr etdi, paytaxt Kabulda, təhlükəsizlik şəraitində seçkini izləməyin əleyhinə idi. Anna elə bir risk etdi ki, yolda qətlə yetirildi. Taliban tərəfindən.

Bir dəfə də Suriyada olmuşdu. Mən Suriyadan geri qayıdanda Azaz şəhərində dayandım. Türkiyə ilə sərhədin 20-25 kilometrliyində. Orda bir səhra komandirinin qonağı oldum. Şəhərdə Əsəd ordusunun vurulmuş tanklarını görəndə soruşdum ki, əsgərləri neynirsiz, hansı formada dəyişirsiz? Cavabını hər dəfə yadıma salanda tər basır: “Sağ əsgərləri dəyişdik, ölənləri atdıq köpəklər yedi”.

На изображении может находиться: 2 человека, в том числе Səbuhi Sədəf, люди стоят и еда

- Qızını həddən artıq çox sevirsən. Sədəf də qeyri-adi uşaqdı. Nə vaxtsa qızınla münasibətdən reportaj, yazı yarana bilərmi?

- Nə vaxtsa Sədəfimin məndən çox uzun bir müsahibə götürməsini istərdim. Və bu həyatımın ən səmimi müsahibəsi olardı. Amma bilmirəm valideynləri kimi jurnalistikanı seçəcək ya yox, çünki hələ məktəbə belə getmir. Amma qız enerji deposudur. Daim hərəkətdə, bir yerdə dayanmır…(gülür) Mən açığını deyirəm, bu gün mən onun üçün yaşayıram. Mənim yaşam səbəbi də məhz odur.

- Deyirlər, Səbuhi çox dəyişib. Daha heç bir səhv etmək istəmir.

- Daha çox yazmaq istəyirəm. Bax yeni proyektə başladıq: “Hardasan?” adında. Hər həftə məmləkətin harasındansa reportajlar etmək istəyirəm. Əyalət mövzu və maraqlı adamlarla doludur. Necə deyərlər, mövzu əl-ayağa dolaşır. Təki sən onu görəsən. Peşəkarlıq da elə budur.

O ki qaldı səhvə… təkcə ölülər səhv etmir.

# 5903 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #