Azərbaycanlı violonçel ustası Beynəlxalq festivalda

Azərbaycanlı violonçel ustası Beynəlxalq festivalda
16 fevral 2018
# 09:34

Tanınmış azərbaycanlı violonçel ustası Camal Əliyev İstanbulda keçiriləcək 46-cı musiqi festivalında çıxış edəcək.

APA-nın məlumatına görə, bu barədə 46-cı musiqi festivalına hazırlıq işləri ilə bağlı keçirilən mətbuat konfransında məlumat verilib. Beynəlxalq musiqi festivalının daimi təşkilatçısı İstanbul Kültür və Sənət Vəqfinin başqanı Bülənt Əczacıbaşı mətbuat konfransındakı çıxışında bu ilki festivalın virtuoz ifaçılar konsertində azərbaycanlı violonçelist Camal Əliyevin də öz məharətini nümayiş etdirəcəyini deyib.

46-cı musiqi festivalında Avropa Birliyi ölkələrindən, keçmiş sovet respublikalarından, Amerika qitəsindən, Uzaq Şərq ölkələrindən və Türkiyədən bir çox sənətkar, kamera orkestrləri, musiqi qrupları iştirak edəcək.

23 may-12 iyun tarixlərində keçiriləcək festivalda solo ifaçılar, orkestrlər, musiqi qrupları İstanbulun müxtəlif konsert salonlarında, dəmiryolu vağzalında, kilsə və sinaqoqlarında çıxış edəcəklər. Sənətşünas alimlər və jurnalist-yazarlar sənətseverərlərin qarşısında çıxış edəcəklər. “Ailə bağları” adı altında keçiriləcək 46-cı İstanbul musiqi festivalında ilk dəfə uşaqlar üçün də maraqlı proqramlar hazırlanıb. 2016-cı ildən bəri İstanbul beynəlxalq musiqi festivalına Elginkan Vəqfi sponsorluq edir.

Qeyd edək ki, İstanbul Kültür və Sənət Vəqfi 1971-ci ildə Əczaçıbaşı Holdinqin qurucu sahibi Nezaj Əczaçıbaşı tərəfindən yaradılıb. İKSV hər il müntəzəm şəkildə musiqi, film və caz festivalları keçirir.

# 2530 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər