“Dünya ədəbiyyatı” jurnalının yeni sayı çap olundu

“Dünya ədəbiyyatı” jurnalının yeni sayı çap olundu
21 iyun 2019
# 14:40

İyunun 24-də, Azərbaycan Yazıçılar Birliyinin “Natavan klubu”nda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni – “Türkiyə: hekayə” xüsusi sayı təqdim olunacaq.

Kulis.azının verdiyi xəbərə görə, dərgidəki müəlliflər sırasına çağdaş Türkiyə hekayəçiliyinin banilərindən olan Ömər Seyfəddin, Məmduh Şövkət Əsəndal, Rəfiq Xalid Qaray, Səid Faiq Əbasıyanıq və digər klassiklərlə yanaşı, Murad Yalçın, Müqəddər Gəmiçi, Mustafa Çiftçi, Sinə Ərgün kimi yeni nəsilə mənsub istedadlı ədiblər daxildir. Dərginin bu sayında Azərbaycan oxucusuna Halikarnas Balıqçısı, Rıfat İlqaz, Yusif Atılqan, Vüsət O.Bənər, Ədalət Ağaoğlu, Bilgə Qarasu, Leyla Ərbil, Füruzan, Təhsin Yücəl, Onat Qutlar, Fərid Edgü, Tomris Uyar, Sevinc Çokum, Mustafa Qutlu, Səlim İləri, Həsən Özqılınc, Hüseyn Su, Nazan Bəkiroğlu, Həsən Əli Topdaş, Ərcan Kəsal, Ehsan Oktay Anar, Camal Şakar və başqa məşhur imzaların da hekayə yaradıcılığı ilə tanışlıq imkanı yaradılır. Hekayələrin mütləq əksəriyyəti, müəlliflərdən isə bir çoxunun əsəri Azərbaycan dilinə ilk dəfə məhz dərginin bu sayı üçün çevrilib. Nəşrdə Azərbaycan ədəbiyyatşünaslarının Türkiyə hekayəçiliyini təhlil etdikləri 3 nəzəri materiala da yer verilib.

Hekayələri Azərbaycan dilinə Eyvaz Zeynalov, Əjdər Ol, Azad Yaşar, Şərif Ağayar, Seyfəddin Hüseynli, Gülzar Səfərova, Oktay Hacımusalı, Cəlil Cavanşir, Qan Turalı, Şəfiqə Şəfa, Qismət, İlahə Əkbər, Aygün Ələkbərova, Şəhriyar del Gerani, Cavid Qədir və Ramil Əhməd çeviriblər.

# 4137 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər