Şanxayda 22-ci beynəlxalq film festivalı başlayır

Şanxayda 22-ci beynəlxalq film festivalı başlayır
15 iyun 2019
# 14:01

Çinin Şanxay şəhərində 3500-dən çox filmin təqdim olunacağı 22-ci beynəlxalq festival işə başlayır.

Tədbirin proqramına müsabiqə, sərgi, təqdimatlar, forumlar və s. daxildir. "Qızıl qədəh" mükafatı uğrunda müsabiqənin beynəlxalq münsiflər heyətinə Türkiyədən tanınmış kinorejissor Nuri Bilge Ceylan, italyan rejissor və ssenari müəllifi Polo Cenoviz və digərləri daxildir. Mükafat uğrunda 3 Çin filmi ilə yanaşı, Yaponiya, İtaliya, Almaniya, Braziliya və digər ölkələrin filmləri mübarizə aparır.

Festival çərçivəsində Asiya ölkələrinin ayrıca kino sərgiləri, Asiya film panoraması, film salonu və "Asiyanın yeni istedadları" mükafatı uğrunda müsabiqə də təşkil olunacaq.

Beynəlxalq Film İstehsalçıları Assosiasiyalarının Federasiyası tərəfindən tanınan festivalın açılış mərasimi bir sıra texniki yeniliklərə şahidlik edəcək. Belə ki, Çində ilk dəfə olaraq açılış mərasimi 5G mobil rabitə şəbəkəsi və 4K texnologiyasından istifadə olunmaqla yayımlanacaq. Bundan başqa, yayım zamanı süni zəka (Aİ) texnologiyasından da istifadə olunacaq.

İyunun 25-dək davam edəcək festival günlərində Şanxayın 47 kinoteatrında 500-dən çox film nümayiş olunacaq. Bundan başqa, "Bir kəmər, bir yol" film həftəsi də keçiriləcək. Xatırladaq ki, ötən ilki festival çərçivəsində "Bir kəmər, bir yol" film festivalı alyansı təsis edilmişdi. Bu il 7 yeni üzvün qəbul edilməsi ilə alyansda təmsil olunan ölkələrin sayı 33-ə çatacaq.

Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. Ölkədə hazırda 10 mindən çox kinoteatrda təxminən 58 min kinoekran fəaliyyət göstərir ki, bu da sayca dünyada ən çoxdur. Planetin ən böyük ikinci kino bazarı olan Çində ötən il kassa yığımı 9 faiz artaraq 61 milyard yuana (8,88 milyard ABŞ dolları) çatıb. /azertag.az/

# 3312 dəfə oxunub

Oxşar xəbərlər

“Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə

“Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə

18:00 1 sentyabr 2026
Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açıldı

Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açıldı

17:30 1 sentyabr 2026
Borçalı aşıqlarının sənət dünyası təqdim olunacaq

Borçalı aşıqlarının sənət dünyası təqdim olunacaq

17:00 1 sentyabr 2026
"Satın alınması mümkün olmayan qadınlar adama çox baha başa gəlir..." - Fransua Moriak

"Satın alınması mümkün olmayan qadınlar adama çox baha başa gəlir..." - Fransua Moriak

16:00 1 sentyabr 2026
Tanınmış modelyerin sərgisi ləğv edildi - Səbəb

Tanınmış modelyerin sərgisi ləğv edildi - Səbəb

15:40 1 sentyabr 2026
Kamal Abdullanın romanı Türkiyədə çap olundu

Kamal Abdullanın romanı Türkiyədə çap olundu

15:20 1 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər