“Azərbaycan” jurnalının yubiley sayı çap olunub

“Azərbaycan” jurnalının yubiley sayı çap olunub
25 yanvar 2018
# 20:14

Yanvarın 28-də “Azərbaycan” jurnalının 95 yaşı tamam olur.

Jurnalın yeni ildə çapdan çıxmış ilk nömrəsi yubiley yazılarını əhatə edib. Bu nömrədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın “Ədəbiyyatımızın güzgüsü”, akademik İsa Həbibbəylinin “Böyük yaradıcılıq məktəbi”, Xalq Şairi Nəriman Həsənzadənin “Yazıçılarımızın taleyində “Azərbaycan”, akademik Nizami Cəfərovun “Milli-ədəbi təfəkkürün “Azərbaycan” miqyası”, Hidayət Orucovun “Yüzə nə qaldı ki?”, Vilayət Quliyevin “Azərbaycan qədər yaşayacaq “Azərbaycan”, Paşa Əlioğlunun “Azərbaycan” - köhnə dost”, Qan Turalının “Nəsillərin jurnalı”, İntiqam Qasımzadənin “...peşman deyiləm” kimi təbrik yazıları dərc olunub.

“Azərbaycan” jurnalının yeni nömrəsinin “Poeziya” rubrikasında Əlizadə Nuri, Narıngül, Xatirə Nurgül və başqalarının şeirləri də yer alıb. Oxuculara “Şairin arxivindən” rubrikasında mərhum şair Anar Həbiboğlunun şeirləri təqdim olunub. Nəsr bölməsində Məmməd Orucun, Azər Abdullanın, Yaşar Bünyadın hekayələri, Mübariz Cəfərlinin “Səmadakı quyu” povesti dərc edilib.

Bu nömrədə Südabə Ağabalayevanın dosta xitabən “Yanvar düşüncələri” yazısı, Günel Natiqin “Sevgi və xəyanət” essesi, “Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında Qorxmaz Quliyevin “Kontekst və kod”u, jurnalın tədqiqatçısı Aynurə Paşayevanın “Azərbaycan”ın tarixinə həsr edilmiş yazısı və digər maraqlı yazılar da yer alıb.

Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadədir.

# 3003 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər