Gürcüstanda azərbaycanlı fotomüxbirin sərgisi olub

Gürcüstanda azərbaycanlı fotomüxbirin sərgisi olub
15 dekabr 2017
# 09:59

Gürcüstanda yaşayan azərbaycanlı müharibə veteranı, “Associated Press” agentliyinin fotomüxbiri Şahvələd Eyvazovun fotolarından ibarət sərgi təşkil olunub.

Sərgi Veteranların İşi üzrə Dövlət Xidmətinin yeni istifadəyə verilən binasında açılıb.

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili yeni binanın və sərginin açılışında iştirak edib.

Baş nazir Gürcüstanda yaşayan veteranların dövlət qayğısı ilə tam əhatə olunduqlarını bildirib. Qeyd edib ki, veteranlar Gürcüstanın suverenliyi, dövlət müstəqilliyi uğrunda çox işlər görüblər və onlar heç vaxt diqqətdən kənarda qalmayacaqlar. Gürcüstan hökuməti veteranların sosial müdafiəsi ilə bağlı yeni proqram və layihələr hazırlayır. Belə bir binanın istifadəyə verilməsi hökumətin yeni layihələrinin tərkib hissəsidir.

Hökumət başçısı bildirib ki, yeni binada veteran jurnalistin fotosərgisinin açılışı veteranlara töhfədir. Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşləri əks etdirən bu fotolar müharibə veteranlarına keçmişi xatırlatmaq üçün deyil, buraya gələcək insanlara bizim mübarizə əzmimizi əks etdirmək üçün sərgilənir.

Baş nazir veteranları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, Ş.Eyvazova təşəkkür edib, ona yaradıcılıq uğurları arzulayıb.

Veteranlarla İş üzrə Dövlət Xidmətinin rəhbəri, briqada generalı Vladimir İmnadze bildirib ki, Ş.Eyvazov özü şəxsən müharibənin ağrı-acısını yaşayan, o ağırlığı çiyinlərində daşıyan əsl vətənpərvərdir. Bu sərgidə onun 200-dən çox fotosu sərgilənir. Bu fotolarda müharibənin ağrı-acısı ilə yanaşı, gürcü xalqının suverenliyi və müstəqilliyi, torpaqlarımızın azadlığı uğurundakı mübarizəsi əks olunub. Fotojurnalist Ş.Eyvazovun lentə aldığı hər bir foto, bizə dövlətçiliyimizin, müstəqilliyimizin necə baha başa gəldiyi hissini yaşadır. O, Ş.Eyvazova minnətdarlıq edib və bildirib ki, fotolar ofisə hədiyyə edilib.

Ş.Eyvazov jurnalistlərə müsahibəsində deyib: “Mən həm Azərbaycanda, həm də Gürcüstanda müharibənin ağrı-acısını yaşamışam. Lentə aldığım fotolara baxdıqca o anları yenidən yaşayıram. Gürcüstan hökuməti mənim əməyimi qiymətləndirərək bu sərgini təşkil etdi. Arzu edirəm ki, tarixi Vətənim olan Azərbaycan torpaqları işğaldan azad olunsun, belə bir sərgini Dağlıq Qarabağda açaq”.

Sərgiyə baxan Gürcüstanın müdafiə naziri Levan İzoria və digər rəsmi şəxslər Ş.Eyvazovu təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Yeni binanın və fotosərginin açılışında Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

AzerTac

# 2644 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər