“Qremmi” mükafatı laureatı Bakıda konsert verib

“Qremmi” mükafatı laureatı Bakıda konsert verib
16 noyabr 2017
# 09:52

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı caz ifaçısı, “Qremmi” mükafatı laureatı Patti Ostinin konserti keçirilib.

Patti Ostin Bakıda dünya cazının ulduzu, əfsanəvi müğənni Ella Fitzceraldın xatirəsinə həsr etdiyi, “Qremmi” mükafatının nominantı olmuş “For Ella” musiqi albomunu təqdim edib.

Caz həvəskarları konsertdə “Too Close For Comfort”, “Honeysuckle Rose”, “You'll Have To Swing It”, “Our Love Is Here To Stay”, “A Tisket A Tasket”, “Miss Otis Regrets”, “The Man I Love”, “Hearing Ella Sing” və digər hitləri dinləyiblər.

Dünyada “Cazın birinci ledisi” hesab olunan E.Fitzceraldın bu il 100 illiyi qeyd edilir. Patti Ostin bu münasibətlə konsert turnesinə çıxıb. Noyabrın 7-də başlayan turne Finlandiya, Norveç, İsveçi əhatə edib və Azərbaycanda başa çatıb.

P.Ostin vokal debütünü 4 yaşında Nyu-Yorkun “Appolo Teatrı”nda edib. O, hələ uşaq yaşlarında müxtəlif müzikllərdə çıxış edib, 9 yaşında Kuinsi Consun konsert truppasında təmsil olunub, artıq 16 yaşında məşhur Harri Belafonte ilə turlarda iştirak edib.

P.Ostin Maykl Ceksonla onun “Off The Wall” albomunda “It's the Falling in Love” mahnısını duet oxuyub. Corc Benson və Lüter Vendross da onun duet tərəfdaşları arasındadır.

Bundan əlavə, müğənni 1980-ci illərin ən aparıcı studiya musiqiçisi olub, Pol Saymon, Billi Coel, Corc Benson, Robert Flek və digərləri ilə mahnı yazdırıb, “Steely Dan”, “The Blues Brothers” qruplarının kompozisiyalarının səsyazmasında iştirak edib.

P.Ostin indiyədək izləyicilərə 17 solo musiqi albomunu təqdim edib. “Avant Gershwin” albomuna görə isə o, 2008-ci ildə “Ən yaxşı caz vokal albomu” nominasiyasında “Qremmi” mükafatı ilə təltif olunub. /azertag.az/

# 2649 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər