Aparıcı Vüsalə: “Daşdan yumşaq nə olsa yeyirəm”

Aparıcı Vüsalə: “Daşdan yumşaq nə olsa yeyirəm”
24 mart 2015
# 13:00

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı APA TV-nın “Səhər Zəngi” verilişinin aparıcısı Vüsalə Əlizadədir. Vüsalə xanımla Əziz Əliyev, 33 ünvanında yerləşən “Künefe evi”ndə görüşdük.

- Vüsalə xanım, hansı yeməkləri sevirsiniz?

- Əvvəla, dəvətinizə görə təşəkkür edirəm. Yemək mövzularından xoşum gəlir. Müsahibəni oxuyanlar elə bilər ki, mən çox yeyən adamam. Amma elə deyil. Yeməyi hazırlamağı, ona bəzək vurmağı sevirəm. Yemək yeganə şeydir ki, mənim ona qarşı kaprizim yoxdur. Bu günə qədər imtina etdiyim yemək olmayıb. Daşdan yumşaq nə olsa yeyirəm.

- Özünüz nə bişirə bilirsiniz?

- Hər şey bişirirəm. Bəlkə də efirdə olan xanımların əksəriyyətindən fərqli olaraq yaşıma, həyat təcrübəmə görə yaxşı yeməklər bişirirəm. Bəziləri deyir ki, guya yemək bişirməyi bacarmıram. Amma mənim bişirə bilməyədiyim yemək yoxdur. Bircə dəfə baxmaqla yeməyin eynisini hazırlaya bilirəm. Mən indi bütün günü işdə oluram. Evdə yeməyi anam bişirir, uşağa da anam baxır. Həftə sonları evdə olanda yeməyi özüm bişirirəm.

Mənim “Facebook” səhifəmin izləyiciləri bilir ki, mən özüm hazırladığım, dekor verdiyim yeməklərin fotosunu öz səhifəmdə paylaşıram. Restoranda oturub yemək yeyəndə onların şəklini çəkib paylaşmıram. Ancaq yanımda rəfiqələrim olanda onların istəyi ilə bunu edirəm. Bu da çox az-az hallarda baş verir.

Gənc analar və heç ərə getməyən xanımlar bəzən mənə yazırlar ki, xahiş edirik, bişirdiyinizi yeməklərin şəkillərin paylaşın, baxaq. Adi bir kartoflu ət qızartmasına bir az bəzək vuranda o tam dəyişir və çox dadlı olur. Ümumiyyətlə, yeməyə sevgi qatmaq lazımdır.

- Fast foodla aran necədir?

- Düzünü desəm yaxşı deyil. Ara-sıra efirdə tənqid etsəm belə özüm də vaxtı ilə yemişəm. Mənim özümdə sevdiyim ən gözəl xüsusiyyətim nəfisimi saxlaya bilməyimdir. O da insanın ən gözəl xüsusiyyətidir. Məsələn mən “Coca-Cola”, “Fanta”dan 12 ildir imtina etmişəm.

- Tələbəlik illərinizdə yemək problemini necə həll edirdiniz?

- Mən İncəsənət Universitetini bitirmişəm. Bizim universitetdə göbələyə oxşayan bir kafe var idi. Elə adına da göbələk deyirdik. Çox yaxşı kafe idi. Orda qəşəng qamburger, dönər hazırlayırdılar. Bir neçə gün bundan qabaq rəfiqəmlə oturub söhbət edəndə o günləri yadımıza salırdıq. Bəzən elə olurdu ki, bir dönəri, qamburgeri iki yerə bölüb yeyirdik.

İndi milyonlarla pul xərcləsən belə, heç nə tələbəlik illərində olan dönər və qamburgerin dadını verməz.

- Kababla aranız necədir?

- Yaxşıdır. Amma qaydasında yeməyi sevirəm. Hər şeyi az yeməyi sevirəm. Peyğəmbərimizin belə bir kəlamı var: “Süfrəni doymamış tərk etməlisən”. İnsanlar var ki, yeməyi partlayana qədər yeyir. Mən o adamları başa düşmürəm.

- Bəzi aparıcılar var ki, onlar toylara gedir. Buna münasibətiniz necədir?

- Mən heç kimi qınamıram. Özünüz də bilirsiniz ki, aylıq maaşla ailə dolandırmaq asan deyil. Biz də adi maaşa baxırıq. Bəlkə tamaşaçılar elə bilirlər ki, efir adamları milyonçudur. Amma elə deyil. Bizim gündəlik proqramlarımız çox gərgin olur. Bu avtomobili olan adamlar üçün nisbətən asandır. Bu xərcləri ödəyəcək maaşımız yoxdur.

Buna görə mən dövlət tədbirlərində, şirkətlərin tədbirində iştirak edirəm, toylarda oluram. Mən belə şeylərdə seçim edirəm. Hər yerdə olmağı sevmirəm. Amma gedənlərə də pis baxmıram. Mənə də dəvət gələndə iştirak edirəm.

- Toylardakı yeməklərə necə baxırsınız?

- Bu mənim yaralı yerimdir. Mən şəxsən özüm restoranda əyləşəndə yeyəcəyim şeyləri seçirəm. Yəni iştaham istəyən şeyi yeyirəm. Amma toylarımızda yeyildi-yeyilmədi artıq yeməklərin, qəlyanaltıların hədsiz çox olması bizim yaralı yerimizdir. Mən şəxsən bu şadlıq evi məsələsi çıxandan, yəni bu yaşıma qədər heç bir toydan tox gəlməmişəm. Camaat toya gedəndə iki gün qabaqdan yemək yemir, bəzənib-düzənir, amma bizim evdə toya gedən gün anam iki qazan yemək bişirir. Çünki hamımız ac gəlirik.

- Spirtli içkilərlə aranız necədir?

- İçən deyiləm. Amma pis baxmıram. Yenə də hər şey istəyə bağlıdır. Sadəcə mən xanımlara siqaret və içkini xüsusilə də toplum arasında heç yaraşdırmıram. Amma yenə də içkini qəbul edərəm. Xanıma yaraşan içkilər var. Xanımlar mühitə görə, insanlara görə, tanıdığı bildiyi insanların yanında içki içməsi daha gözəl olar. Siqareti isə heç bir halda qəbul etmirəm. Məncə, xanımdan yalnız ətir iyi gəlməlidir.

- Sizə nəyisə xatırladacaq yemək var?

- Bir salat var idi. O salatı illər öncə sevirdim. Davamlı olaraq bir məkanda həmin salatdan yeyirdik. O məkan mənə nəyi isə xatırladırdı. Həmin məkanın aşpazının özəl hazırladığı bir salat idi. İlk dəfə həmin salatı məhz bizim üçün hazırlamışdı. Amma indi nə o salat var, nə də o məkan. İndi o salatı özüm hazırlayıram.

- Xarici mətbəxlə aranız necədir?

- Çin və ispan mətbəxini, suşini, spagettini sevirəm və özüm də ara-sıra hazırlayıram.

# 2377 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər