Şəhriyar Del Geranidən görünməmiş kitab layihəsi gəlir

Şəhriyar Del Geranidən görünməmiş kitab layihəsi gəlir
27 iyun 2019
# 14:01

“Kitab otağı” layihəsinin təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, 28 iyun, saat 14-də Beynəlxalq Mətbuat Mərkəzində şair Şəhriyar Del Geraninin “Kitab otağı” layihəsinin təqdimat mərasimi baş tutacaq.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşkilati dəstəyi ilə gerçəkləşdiriləcək layihənin əsas məqsədi insanlarda kitaba, ədəbiyyata marağın artırılması, bu sahədə geniş təbliğat kampaniyasının aparılmasıdır. Layihənin təşəbbüskarları vaxtilə az qala hər evdə olan “kitab guşəsi” ənənəsini bərpa etmək, ədəbiyyatın xalqa çatdırılması, bədii zövqün formalaşdırılması, yüksək dəyərlərin təbliği istiqamətində mühüm işlər görmək niyyətindədirlər.

Layihə kitab mağazalarından perik düşmüş oxucunu artıq unudulmuş ünvanlara səsləməyəcək, “Kitab otağı” özü oxucunun yanına gedərək kitabı təbliğ edib, sevdirəcək. Beləliklə, əvvəllər mövcud olmuş “kitab guşələri” müasir və geniş “kitab otaqlarına” çevriləcək.

Layihəyə Şəhriyar Del Geraninin yeni şeirlər kitabı olan “Gecəniz şeirə” ilə start veriləcək. Daha sonra layihə çərçivəsində Azərbaycan və dünya ədəbiyyatının həm klassik, həm də çağdaş nümunələrini xalqa tanıdıb, sevdirmək üçün rayon mərkəzlərindən tutmuş ən ucqar kəndlərə qədər ölkənin bütün bölgələrinə səfərlər təşkil ediləcək, görüşlər keçiriləcək.

Media qurumları və ədəbiyyatsevərlər sözügedən layihənin məram və məqsədini açıqlamaq, bu vacib missiyanı geniş ictimaiyyətə çatdırmaq məqsədilə keçiriləcək mətbuat konfransına dəvətlidirlər.

# 4237 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər