«Azərbaycanda demokratik təşəbbüslərə dəstək»

«Azərbaycanda demokratik təşəbbüslərə dəstək»
12 fevral 2013
# 10:22

«Azərbaycanda demokratik təşəbbüslərə dəstək» layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən 2013-cü ilin yanvar ayından etibarən Birləşmiş Millətlər

Təşkilatının Demokratiya Fondu (BMT DF) tərəfindən dəstəklənərək həyata keçirilməyə başlanıb.

Layihənin məqsədi qadın və gənclərin (xüsusi ilə ilk dəfə səs verən) seçkilərdə iştirakçılığının artırılması, eləcə də, bu kateqoriyadan olan vətəndaşların yerli özünü idarəetmə strukturları olaraq bələdiyyə qurumlarında təmsil olunma səviyyəsini, sayını və keyfiyyətini artırmaqdan ibarətdir.

Layihə qarşıdan gələn seçkilərində (2013-cü il Prezident və 2014-cü il bələdiyyə) xüsusi ilə qadın və gənclər arasında iştirakı artırmaq üçün seçkidə fəal seçici kimi olmaq proseslərini təkmilləşdirmə məqsədini daşıyır. Bu fəaliyyətlər Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Quba bölgələrində güclü vətəndaş cəmiyyəti vasitəsilə Mərkəzi Seçki Komissiyası və yerli icra hakimiyyətləri qurumları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Azərbaycan Gənclər İttifaqı yerli icraçı tərəfdaş QHT-lər (Gəncə üzrə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi; Mingəçevir üzrə Gənclər üçün Təhsil Mərkəzi; Şəki üzrə “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi; Lənkəran üzrə “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası; Quba üzrə “Qadın və Uşaqların Sosial İnkişafı” İctimai Birliyi) ilə birgə qadın və gənclərə xüsusi diqqət ayırmaqla vətəndaşlara seçici təhsili təklif edəcəkdir.

Layihə çərçivəsində yerli dövlət, dairə seçki komissiyası, eləcə də vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq məqsədli müxtəlif görüşlərin keçirilməsi, əməkdaşlıq, bacarıq və iştirakçılıq sahəsində hesabatı tərtib ediləcək. Hesabatda gənclərin və qadınların seçkidə iştirakı vəziyyəti, bu istiqamətdə QHT-lərlə dövlət strukturlarının əməkdaşlığı və seçki maarifləndirilməsinin səviyyəsi öyrəniləcək. Hazırlanmış sənədin nəticələrinə əsaslanaraq layihədə gələcəkdə mövcud problemlər araşdırılacaq, onun həlli istiqamətində təlim, seminar, informasiya forumları və digər maarifləndirmə görüşləri təşkil ediləcəkdi.

Qeyd edilən regionlardan olan tərəfdaş QHT-lərin təşkilati bacarıqlarını və seçki üzrə ümumi anlayışın xüsusi ilə də, seçki prosesi və maarifləndirilməsi sahəsində təlimlərin və görüşlərin keçirilməsi nəzərdə tutulub.

İlk dəfə səs verən seçicilər və potensial namizədlərin bacarıqlarının artırılması üçün təlimlər, informasiya forumları, yerli təcrübə mübadiləsi, regionlarda resurs mərkəzlərinin məlumat sahəsində gücləndirilməsi işlərinin də həyata keçirilməsi nəzərdə tutulur.

Hazırlanan müxtəlif təlim materiallarında seçki mədəniyyəti, seçkilərdə iştirakın hüquqi aspektləri yer alacaq, eyni zamanda xüsusi bukletlər vasitəsi ilə adları çəkilən regionların gəncləri və qadınları arasında seçkilərdə fəal olmağa və səs verməyə dəvət ediləcəklər. Həmçinin bu sahədə təbliğat alətlərindən biri kimi videoçarxların istehsalı və daha sonra regional TV-lərdə nümayişi layihənin tərkib hissəsidir. İcra prosesində hər 5 regionda bələdiyyələr ilə tərəfdaş QHT-lər arasında gələcəkdə əməkdaşlığın səviyyəsinin və keyfiyyətinin artırılması məqsədi ilə memorandumun imzalanması da planlaşdırılır.

Bütün fəaliyyətlərin sonunda Yekun Milli Konfrans keçiriləcək və orada layihəyə cəlb edilən bütün tərəflərin iştirakı ilə geniş ictimai müzakirələr təşkil olunacaq.

Layihənin əsas hədəfi olaraq sonda Azərbaycanın 5 iri regionunda gənclərin və qadınların seçki prosesində iştirakçılığı artacaq, onlar arasında bələdiyyələrdə təmsil olmaq üçün namizədlərin sayı çoxalacaq, əhalinin seçki məlumatlığı yüksələcəkdi. Eyni zamanda bu istiqamət üzrə fəaliyyət göstərən QHT-lərin regionlararası şəbəkələşməsi və əməkdaşlıq səviyyəsi yüksələcək, bu sahədə bilik və bacarıq imkanları güclənəcəkdir.

Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatı Demokratiya Fondu tərəfindən dəstəklənən layihənin 2014-cü ilin deakbrında başa çatması nəzərdə tutulub.

# 3998 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər