Aqşin Yeniseydən roman gəlir – Tezliklə - Foto

Aqşin Yeniseydən roman gəlir – Tezliklə - Foto
31 oktyabr 2019
# 13:09

Yazıçı, şair Aqşin Yenisey yeni yazdığı “Tarix və tale” romanı çap olunur.

TEAS PRESS-dən Kulis.aza verilən məlumata görə, roman tezliklə oxucuların görüşünə gələcək.

Nəşriyyat romanı bu cür təqdim edir:

“Ölüb-dirilmək ayini inanclar dünyasında mifin uğuru idi, qanunlar dövründə isə insanın çarəsizliyinə çevrildi. Azərbaycanda son ölüm hökmləri ilə edam olunan 13 məhbus həm mifin uğurunu yaşadı, həm də insanın çarəsizliyini. Çünki tarix öz payına düşən ölüm hökmünü ləvğ etsə də, taleyin ləvğ olunmamış ölümləri qüvvədə qalırdı.

Bu kitab ləvğ olunmamış ölüm hökmləri haqdadır...

Insan oğlu qəbilə-tayfa-millət-cəmiyyət yolçuluğundakı fərəhini yolboyu torpağın ilanın qurbağanı udduğu kimi, yavaş-yavaş, səssiz çığırışlarla udduğu adsız məzarlara borcludur – o məzarlarda FƏRD uyuyur!

Bu kitab o fərdlərin əhvalatını danışır...

Modern çağ bizə bədənin və ruhun bir-birindən eyni dünyada, eyni ölkədə, eyni şəhərdə, hətta eyni evdə ayrı yaşaya biləcəyini öyrətdi. Bu kitab çoxdan ayrı yaşamağa öyrəşmiş bədənlərin və ruhların kitabıdır...

Taleyini tarixə çevirən xalqlar tarixindən özünə tale düzəldən xalqları yendi; bir məğlubun içindən bir qalib çıxdı; bir ölü bir diri doğdu; bir tale bir tarixə çevrildi. O günlərin birində Azərbaycan yenidən doğulanlardan oldu: ölüsü-dirisi, kütləsi-fərdi, mömini- ateisti ilə bir gerçəkliyə çevrildi.

Bu kitab o gerçəkliyin kitabıdır...

Ölüb-dirilmək mifi qorxularından arındırırdı.

Bu kitab bizi də qorxularımızdan arındıran ölüb-dirilənlərimizin xatirəsinə ithafdır...

# 3462 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər