Tağıyevin heykəli belə olacaq – Qalib bilindi

Tağıyevin heykəli belə olacaq – Qalib bilindi
6 sentyabr 2019
# 15:55

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

Fondan APA-ya verilən xəbərə görə, Xanlar Əhmədov 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib, 1966-1972-ci illərdə A.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda təhsil alıb, 1972-1975-ci illərdə SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub. 1975-ci ildə SSRİ Rəssamlar İtiffaqının üzvü olub.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar rəssam fəxri adına, 2006-ci ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı fəxri adına layiq görülüb.

Dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışır. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir. Əsərləri Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdə nümayiş etdirilib, müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.

# 3202 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:45 27 iyul 2026
Mahsun Kırmızıgül ifadəyə çağırıldı - Səbəb

Mahsun Kırmızıgül ifadəyə çağırıldı - Səbəb

17:27 27 iyul 2026
MEDİA İranın AzTV-ni “düşmən media qurumları”  siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

16:50 27 iyul 2026
Puşkinin ölümünə görə sürgün edildi, dueldə öldürüldü – Lermontovun acı taleyi

Puşkinin ölümünə görə sürgün edildi, dueldə öldürüldü – Lermontovun acı taleyi

16:00 27 iyul 2026
Zevsin "məskəni" UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi

Zevsin "məskəni" UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi

15:30 27 iyul 2026
İmperiyalar minlərlə dilin ölməsinə necə səbəb oldu?

İmperiyalar minlərlə dilin ölməsinə necə səbəb oldu?

15:04 27 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər